Previous Next
Bağla

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018 17:13
Mənim Bakcellim mobil applikasiyasında yenilik

Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti aləti olan – “Mənim Bakcellim” applikasiyasına mühüm yenilik əlavə edib.

Xeberler.az  bildirir ki,  abunəçiləri daha rahat və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell özünün “Mənim Bakcellim” applikasiyasında Onlayn Çat funksiyasını işə saldı. Onlayn Çat vasitəsilə Bakcell abunəçiləri istənilən vaxt operatorla canlı əlaqə qurub öz suallarını verə bilərlər.

Qeyd edək ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verdi. “Bakcell”in özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.

“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.

Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Bakcell abunəçilərin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı onları əhəmiyyətli dərəcədə rahatlıq və şəffaflıqla təmin edir.

Abunəçilərə təqdim olunan xidmətin keyfiyyətini artırmaq məqsədilə “Mənim Bakcellim” vasitəsilə təmin edilən müştəri təcrübəsi daim ölçülür və diqqət mərkəzində saxlanılır. Xidmət səviyyəsinin daha da yüksəldilməsi üçün Bakcell öz abunəçilərinin bütün rəy və təkliflərini nəzərdən keçirir və yeni mobil applikasiyanı Google Play və Appstore portallarında qiymətləndirib müvafiq rəy yazmağa dəvət edir.

“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mənim Bakcellim ilə nömrənizin balansını smartfondan idarə edin

13-08-2018

“Mənim Bakcellim” tətbiqetmələr arasında ən çox seçilən proqramdır

15-05-2020

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll

18-09-2020

Bakcell-in PULSUZ 4G kampaniyası oktyabra qədər davam edəcək

15-05-2019

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019

“Bakcell” 20 GB + gecədən səhərə limitsiz İnternet paketini təqdim edib

05-05-2020

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Məktəblilər Bakcell-in qonağı oldu

10-07-2019

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi

01-02-2021

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell ölkə ərazisində onlayn satış və çatdırılma xidməti göstərir

10-04-2020

Bakcell yeni 099 prefiksini istifadəyə verib

15-01-2020

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə