Previous Next
Bağla

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019 19:13
Bakcell Bakutel -2019 sərgisində iştirak edir

Xeberler.az bildirir ki, Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edir.

Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də öz stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini, məhsul və xidmətlərini nümayiş etdirir, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edir.

Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edir.

Ən üstün əhatə dairəsi və ən sürətli mobil internet
“Bakutel-2019” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilərək ardıcıl olaraq 3 dəfə Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.

Bu gün 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət əhatə dairəsi və trafik buraxma qabiliyyəti baxımdan ölkənin ən geniş və sürətli 4G şəbəkəsinə malikdir.

Mənim Bakcellim: virtual müştəri xidməti mərkəzi
Bundan əlavə, sərgi ziyarətçiləri ölkənin telekommunikasiya bazarında ilk virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar. “Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir.

AppLab: Azərbaycan gəncləri üçün yeni imkanlar
Bakcell stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLap proqramı və bu proqram çərçivəsində startaplar tərəfindən yaradılmış 2 layihə təqdim edilir. Buradakı Buradakı “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback” əldə etməsi üçün yaradılan sistemdir.

Bakcell və “Ulduzum”dan çoxlu hədiyyələr
Bakcell şirkətinin “Bakutel 2019” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar.

Onlar “Ulduzum” loyallıq tərəfindən təşkil edilmiş oyunda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.

Bundan əlavə Bakcell stendində Virtual Reallıq oyunlarını oynamaq və lotereyalarda iştirak edib çoxlu hədiyyələr qazanmaq da olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018
Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018
Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

09-12-2019
Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018
Mənim Bakcellim mobil applikasiyasında yenilik

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018
Bakcell abunəçilərinə bayram sovqatı

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019
“Mənim Bakcellim” tətbiqetmələr arasında ən çox seçilən proqramdır

“Mənim Bakcellim” tətbiqetmələr arasında ən çox seçilən proqramdır

15-05-2020
Bakcell-in PULSUZ 4G kampaniyası oktyabra qədər davam edəcək

Bakcell-in PULSUZ 4G kampaniyası oktyabra qədər davam edəcək

15-05-2019
Bakcell yeni texnologiyalarını təqdim edir

Bakcell yeni texnologiyalarını təqdim edir

05-12-2017
Mənim Bakcellim ilə nömrənizin balansını smartfondan idarə edin

Mənim Bakcellim ilə nömrənizin balansını smartfondan idarə edin

13-08-2018
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll

“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll

18-09-2020
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020
“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021
Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016
Bakcell yeni internet paketlərini təqdim edib

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019
“Bakcell” 20 GB + gecədən səhərə limitsiz İnternet paketini təqdim edib

“Bakcell” 20 GB + gecədən səhərə limitsiz İnternet paketini təqdim edib

05-05-2020
Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018
Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019
Bakcell Formula 1 yarışına hazırdır

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019
Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019
50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə