Previous Next
Bağla

Mənim Bakcellim ilə nömrənizin balansını smartfondan idarə edin

13-08-2018 14:26
Mənim Bakcellim ilə nömrənizin balansını smartfondan idarə edin

Bakcell-in yeni istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.

Xeberler.az məlumat verir ki, Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – Mənim Bakcellim applikasiyasını təqdim edir.

Belə ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini onların ixtiyarına verir. “Bakcell ölkənin telekommunikasiya bazarına ən son texnologiyaların, məhsul və xidmətlərin gətirilməsi baxımından həmişə yenilikçi olub. Azərbaycanın telekommunikasiya bazarında ən rahat və qabaqcıl müştəri xidməti alətinin məhz ilklərə imza atan Bakcell tərəfindən yaradılması heç də təəccüb doğurmur. Tam əminliklə deyə bilərəm ki, təqdim etdiyimiz yeni Mənim Bakcellim tətbiqetməsi mobil rabitə sahəsindəki müştəri xidmətlərində rahatlıq, şəffaflıq və innovasiyadan ibarət tam yeni dövrün başlanğıcı olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Mənim Bakcellim-dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.

  • Bu tətbiqetməni yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər:
  • Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktiv etmək;
  • İstifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək;
  • Tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq.

Bundan əlavə, Mənim Bakcellim istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, abunəliklər, tutulmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkətimiz bunun üçün zəruri olan ən üstün və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Abunəçilərimizin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı biz onları maksimum dərəcədə rahatlıq və şəffaflıqla təmin edirik. Yeni Mənim Bakcellim mobil tətbiqetməsi sayəsində bizim abunəçilərimiz müştəri xidmətinə getmək və ya məlumat mərkəzinə zəng etmək üçün vaxt itirməyəcəklər. Onlar sadəcə bu proqramı yükləməklə smartfon, planşet və ya kompüter vasitəsilə yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanırlar”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.

Qeyd edək ki, Mənim Bakcellim mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün Google Play və Appstore portallarından yükləmək olar. Qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda Mənim Bakcellim proqramının desktop versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər bu səhifədə yerləşdirilib.

Böyük qürur hissi ilə deyə bilərəm ki, ölkənin bütün telekommunikasiya bazarı üçün unikal hesab edilən bu fürsəti ilk dəfə Bakcell təqdim edir. Hazırda bu misilsiz məhsulumuza böyük tələbat müşahidə olunur və bu xidmətdən istifadə edən Bakcell abunəçilərinin bu imkandan olduqca razı qalması bizi məmnun edir”, deyə T. Dimitrovski əlavə edib.

Mənim Bakcellim proqramından istifadə üzrə demo videosunu izləmək üçün bu linkə daxil ola bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018

“Mənim Bakcellim” tətbiqetmələr arasında ən çox seçilən proqramdır

15-05-2020

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll

18-09-2020

Bakcell-in PULSUZ 4G kampaniyası oktyabra qədər davam edəcək

15-05-2019

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

“Bakcell” 20 GB + gecədən səhərə limitsiz İnternet paketini təqdim edib

05-05-2020

Məktəblilər Bakcell-in qonağı oldu

10-07-2019

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi

01-02-2021

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

11-02-2021

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009

Cəlilabadda Bakcell-in yeni mərkəzi təqdim edilib-Foto

18-04-2018

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell ölkə ərazisində onlayn satış və çatdırılma xidməti göstərir

10-04-2020

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

19-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə