Previous Next
Bağla

Bakcell ölkə ərazisində onlayn satış və çatdırılma xidməti göstərir

10-04-2020 12:56
Bakcell ölkə ərazisində onlayn satış və çatdırılma xidməti göstərir

Xeberler.az bildirir ki, Bakcell şirkəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləməyə davam edir. Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib.

Karantin müddətində şirkətin abunəçiləri və Bakcell şəbəkəsinə yeni qoşulmaq istəyənlər dublikat və ya yeni SİM-kartı diler dükanı və müştəri xidməti mərkəzlərinə getmədən sifariş etmək imkanına malikdirlər. Sifariş olunan SİM-kartlar Bakcell şirkətinin diler nümayəndələri tərəfindən müştərilərin ev və ya ofislərinə çatdırılacaq.

Qeyd edək ki, Bakı və regionların mərkəzlərində çatdırılma tamamilə pulsuzdur. Sifarişləri 555 nömrəsinə (Bakcell Əlaqə Mərkəzi) zəng etməklə və ya “Mənim Bakcellim” tətbiqetməsindən istifadə etməklə həyata keçirmək olar.

Qeyd edək ki, yeni xidmətdən Bakı, Gəncə, Sumqayıt, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Bərdə, Yevlax, Samux, Goranboy, Ağcabədi, İmişli, Şirvan, Sabirabad, Göyçay, Şamaxı, İsmayıllı, Ağsu, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qəbələ, Zaqatala, Şəki, Qax, Balakən, Mingəçevir, Ağdaş, Lənkəran, Biləsuvar, Salyan  və Naxçıvan MR ərazisində istifadə etmək olar.

Xatırladaq ki, Bakcell ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb.

Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin, şirkət abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.  

Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell “Asan Xidmət”lə əməkdaşlığını davam etdirir

21-04-2020

Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

23-03-2020

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

30-04-2020

Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibi olub

22-11-2021

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Məktəblilər Bakcell-in qonağı oldu

10-07-2019

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023

“Mənim Bakcellim” tətbiqetmələr arasında ən çox seçilən proqramdır

15-05-2020

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

«Bakcell» yeni Xidmət Mərkəzini istifadəyə verib

28-09-2010

“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll

18-09-2020

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə