Previous Next
Bağla

"Meta"nın səhmləri zirvəyə yüksəlib

14-12-2024 08:54
"Meta"nın səhmləri zirvəyə yüksəlib

Mark Zukerberq (Mark Zuckerberg) "Meta" səhmlərinin bu il rekord səviyyəyə çatmasından faydalanaraq böyük miqyaslı satış həyata keçirib.  

Xeberler.az məlumat verir ki, "Meta"nın təsisçisi və baş icraçı direktoru Zukerberq, "Fortune" tərəfindən aparılan təhlilə əsasən, son bir il ərzində "Meta" səhmlərindən 2,2 milyard dollardan çox gəlir əldə edib. Cari ilin yalnız dekabr ayında isə o, 153,2 milyon dollarlıq səhmlər satıb. Bu satışlar və onların dəyəri rəhbər şəxslər haqqında məlumat təmin edən "Equilar" tərəfindən təsdiqlənib.  

"Meta"nın səhmləri bu il 82% artaraq 630 dollara çatıb və şirkət 1 trilyon dollardan çox bazar dəyərinə nail olub. Beləliklə, "Meta", "Apple" və "Amazon" kimi texnologiya nəhəngləri arasında öz mövqeyini daha da gücləndirib.  

Keçən il Zukerberq "Meta" səhmlərindən 400 milyon dollardan çox gəlir əldə etmişdi. Ondan əvvəlki iki il ərzində isə şirkətin səhmlərinin dəyərinin azalması fonunda heç bir satış həyata keçirilməmişdi. Həmin dövrdə "Meta" əsas diqqətini artırılmış və virtual reallıq texnologiyaları ilə bağlı "metakainat" konsepsiyasına yönəltmişdi. Lakin həmin dövrdə həm "Facebook" istifadəçilərinin sayı ilk dəfə azalmış, həm də reklam gəlirləri aşağı düşmüşdü.  

Bu azalmanın əsas səbəblərindən biri "Apple" cihazlarında tətbiq izləmə funksiyasından imtina etmək imkanı idi ki, bu da "Meta"nın rəqəmsal reklam satışlarına ciddi təsir göstərmişdi.  

Qeyd edək ki, Trampın prezident seçilməsindən bu yana "Meta"nın səhmlərində 10%-lik qiymət artımı qeydə alınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub

04-10-2024

"Meta” ilk reklam kampaniyasını təqdim edib

06-11-2021

“Meta” səhm bazarlarındakı üstünlüyünə görə birinci yerdədir

05-02-2025

“Meta” iri AI məlumat mərkəzlərinin tikintisinə milyardlara dollar ayırır

15-07-2025

Meta və Mıdjourney əməkdaşlığa başlayır

26-08-2025

Süni intellekt eynəyi gələcəyin ən vacib texnologiyalarından biridir

31-07-2025

Bloomberg: Zuckerberg “Metaverse”i işə salandan sonra sərvəti altı dəfə artıb

29-09-2024

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

"Meta” dünyanın ən güclü superkompüterini yaradıb

26-01-2022

“Meta” işçilərinin 10 faizini ixtisar edəcək

24-04-2026

“Meta” “Google” ilə 10 milyard dollarlıq müqavilə imzalayıb

22-08-2025

Meta “Play AI”ni satın alıb

15-07-2025

Bayden administrasiyası “Meta”dan COVID-19-a aid yazıların silməsini tələb edib

11-01-2025

“Meta”nın gəliri 28,6 milyard dollar artıb

27-04-2023

Mark Zukerberq Bayden administrasiyasının “Meta”ya təzyiq göstərdiyini açıqlayıb

27-08-2024

"Meta" "Blue Owl Capital" ilə 27 milyard dollarlıq razılaşma bağlayıb

23-10-2025

"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək

07-01-2025

Meta şirkətinin gəlirləri azalıb

02-02-2023

Tviter “Threads”la əlaqədar “Meta”nı məhkəməyə verməyi planlaşdırır

07-07-2023

Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

26-04-2025

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31-07-2023

Whatsapp avatarlardan imtina edir

05-05-2026

Məşhur sosial şəbəkə bir neçə min işçisini ixtisar edəcək

07-11-2022

Azərbaycan "Meta" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə