Previous Next
Bağla

Metroda gediş haqqını QR biletlə ödəmə imkanı-Yenilik

06-09-2023 11:33
Metroda gediş haqqını QR biletlə ödəmə imkanı-Yenilik

Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.

Marja.az Bakı metropoliteninə istinadən xəbər verir ki, Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

u məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.

Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.

Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:

1. “BakıKart” mobil tətbiqini “Google Play” (buradan) tətbiqlərindən yükləmək;

2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);

3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;

4. QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);

5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.

Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.

QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.

Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək. 

QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:

1. QR bilet yalnız bir gediş üçün etibarlıdır;

2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır;

3. QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;

4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;

5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində  texniki işlərə başlanılıb.

Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Metroda test rejimində NFC dəstəkləyən kartlarla ödəniş etmək mümkündür

01-11-2025

Metro kartlarından nə vaxta kimi istifadə edə biləcəyik?

06-08-2015

“Kapital Bank”: “Bakıkart” üzrə geri qaytarılan vəsait hesablardan çıxılacaq

08-01-2025

Bakı metrosunda köhnə kartların istifadə müddəti bitir

28-09-2015

Sərnişinlərin nəzərinə - BakıKart-la bağlı yenilik

11-10-2016

Metroda “TələbəPlus” kartları ilə təmassız ödəniş sınaqdan keçirilir

29-10-2025

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb

18-10-2024

Dəmir Yolunda onlayn bilet satışı bərpa olundu

29-01-2016

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub

02-04-2025

BakıKart istifadəçilərinin sayı artıb

15-08-2015

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009

Metro kartını geri qaytarmaq üçün 1 gününüz qaldı

14-08-2015

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022

BakıKart-ları yükləmək daha da asanlaşdı

30-03-2017

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

02-07-2015

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

BakıKART-ın balansını onlayn artırmaq mümkün olacaq - YENİLİK

09-12-2015

Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

08-02-2016

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

08-05-2025

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

ExpressPay elektron pul kisəsini təqdim edib

01-09-2015

Naxçıvana aviabiletləri “SİMA İmza” ilə almaq mümkün olacaq

23-09-2024

“Biletim.az” portalı ilə Naxçıvandan Bakıya onlayn bilet almaq mümkün olub

06-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə