Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib.
Xeberler.az bildirir ki, beynəlxalq münsiflər tərəfindən platformanın imkanları, təqdim etdiyi analitik məlumatlar, abituriyentlər və Universitetlər, onların məzunları üçün yaratdığı imkanlar yüksək qiymətləndirilib.
Beləliklə, “Məzunların məşğulluq reytinqi” platforması “Texnologiya” kateqoriyasında mükafata layiq görülüb.
“World Future Awards” beynəlxalq proqramı texnologiya, innovasiya, süni intellekt və digər sahələrdə mühüm nailiyyətlərin qlobal miqyasda tanınmalarını təmin edir.
“Məzunların Məşğulluq Reytinqi” platformasının hazırlanmasında məqsəd abituriyentlərin ali təhsil müəssisələri məzunlarının məşğulluq imkanlarına dair məlumatlılığının təmin ediilməsi və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri