Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan “QS World University Rankings 2027” reytinqində 801–850-ci pillədə yer alıb.
Xeberler.az bildirir ki, bu barədə AzTU-dan məlumat verilib. Bildirilib ki, bu, universitetin təhsil keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir.
“QS dünya universitetləri reytinqi” ali təhsil müəssisələrini akademik nüfuz, işəgötürənlər arasında reputasiya, elmi tədqiqatların təsiri, beynəlmiləlləşmə və məşğulluq göstəriciləri kimi meyarlar əsasında qiymətləndirir.
AzTU-nun bu reytinqdə yer alması universitetin beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini və qlobal səviyyədə tanınmasının artdığını bir daha təsdiqləyir.
Bu uğur universitetin professor-müəllim heyətinin, tədqiqatçılarının, tələbələrinin və tərəfdaşlarının birgə fəaliyyətinin nəticəsidir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları