Previous Next
Bağla

ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

08-07-2025 15:32
ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi beynəlxalq müsabiqələrdə qalib olaraq mükafatlara layiq görülüb.

Xeberler.az bildirir ki, Nazirliyin “Məzunların məşğulluq reytinqi” layihəsi təşkilatın “WSIS Prizes 2025” beynəlxalq müsabiqəsində “Elektron məşğulluq” kateqoriyası üzrə qalib olub. 1000-ə yaxın layihənin iştirak etdiyi müsabiqədə Nazirliyin texnoloji həlli 18 qalibdən biri seçilərək təşkilatın qalib mükafatını qazanıb.

“Məzunların məşğulluq reytinqi” layihəsi ali təhsil müəssisələrinin məzunlarının məşğulluq göstəricilərinə əsaslanan məlumatları ictimaiyyətə açıq şəkildə təqdim edən rəqəmsal platformadır. Layihə təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə, gənclərin peşə seçiminə dəstək göstərilməsinə xidmət edir.

Həmçinin, Nazirlik təşkilatın “WSIS Photo 2025” foto müsabiqəsinin də qalibi olub. Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşının çəkdiyi foto yüzlərlə şəkil arasından 10 qalibdən biri seçilib. Şəkil 7-11 iyul tarixlərində İsveçrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin “WSIS+20 High-Level Event 2025” sərgisində nümayiş olunur.

Xatırladaq ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verən və çoxsaylı maraqlı tərəfləri bir araya gətirən platformadır. Tədbir informasiya cəmiyyətində yeni tendensiyaları müəyyən etmək, təcrübə mübadiləsi və qabaqcıl praktikalara dair unikal imkanlar
yaradır.

Eyni zamanda Nazirliyin “Reabilitasiya və Abilitasiya Xidmətləri üzrə Rəqəmsal Platforma” layihəsi isə “Elektron səhiyyə” kateqoriyası üzrə Namizədlik Sertifikatı ilə təltif olunub. Bu layihə əlilliyi olan şəxslər üçün reabilitasiya xidmətlərinə daha asan və rəqəmsal çıxışı təmin etməklə inklüziv sosial xidmət modelinin formalaşmasına xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Məzunların məşğulluq reytinqi” layihəsi “Uğur hekayələri hesabatı”na daxil edilib

21-08-2025

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024

“Məzunların məşğulluq reytinqi” platforması müsabiqədə qalib seçilib

22-04-2025

AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

31-05-2024

“Məzunların məşğulluq reytinqi” e-platforması mükafata layiq görülüb

06-02-2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

“Məzunların məşğulluq reytinqi” platforması mükafatlandırılıb

31-10-2024

ƏƏSMN daha iki beynəlxalq mükafat qazanıb

09-12-2024

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

ƏƏSMN “İnnovasiya Mükafatları” müsabiqəsində mükafata layiq görülüb

03-04-2025

Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq mükafata layiq görülüb

25-02-2025

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

Dövlət Məşğulluq Agentliyi iki mükafata layiq görülüb

02-01-2026

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017

“E-sosial” portalının 1 476 800-dən çox aktiv istifadəçisi var

08-02-2024

“Əmək və Məşğulluq” altsistemi mükafata layiq görülüb

22-04-2026

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017

“Əmək və Məşğulluq” altsistemi növbəti beynəlxalq müsabiqədə qalib seçilib

11-03-2025

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tədbirində iştirak edib

09-07-2025

“Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi beynəlxalq mükafata layiq görüldü

24-02-2024

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019

DSMF daha bir ali mükafata layiq görülüb

16-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə