“Microsoft Edge” brauzerində boşluq aşkar edilib.
Xeberler.az bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat verib.
Boşluq "Micrisoft Edge" (Chromium əsaslı) brauzerində sistemin icazə səviyyəsinin artırılması ilə əlaqədardır. Belə ki. kiberdələduz müəyyən giriş imtiyazları olan istifadəçilərin icazələrini artıra və sistemdə daha geniş imtiyazlara malik ola bilər. Bu boşluq xüsusi brauzer komponentlərinin düzgün işləməməsindən qaynaqlanır və bu komponentlərə zərərlikod yeridilməklə istismar oluna bilər.
Boşluqdan istifadə edərək kiberdələduzlar yüksək imtiyazlar əldə edə və sistemə nəzarəti ələ keçirə bilərlər. Nəticədə məlumatların sızdırılması, sistem üzərində əməliyyatlar və resurslara icazəsiz giriş baş verə bilər.
İstifadəçilərə təsirə məruz qalmış proqram təminatını ən son versiyaya yeniləmək tövsiyə olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri