Previous Next
Bağla

Microsoft təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

31-01-2019 17:04
Microsoft təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

“Microsoft” korporasiyasının sifarişi ilə aparılan tədqiqatda şagirdlərin
uğur və müvəffəqiyyət qazanması üçün rifahın və müsbət düşüncənin vacibliyi xüsusi olaraq vurğulanıb. 

Xeberler.az  bildirir ki, bu əhəmiyyətli məqamlar hər il mütəmadi keçirilən dünyanın ən böyük təhsil texnologiyaları tədbiri sayılan BETT konfransında “Süni intellekt dövründə emosiyalar və dərketmə” panelində təqdim edilib. Tədqiqat dünyanın müxtəlif yerlərində təhsil sahəsində peşəkarları, müəllimləri və inzibati vəzifələrdə çalışanları və ən yüksək vəzifəli şəxslərə qədər işçiləri əhatə edib. Respondentlər – Meksikadan İsveçə, İndoneziyadan Kanadayadək müxtəlif iqtisadi, sosial və siyasi sahələrdə fəaliyyət göstərən şəxslər arasından olub. Onların fikrincə, məktəb müəllimləri və adminstratorları düşünürlər ki, şagirdlərin öyrənmə nəticələrini yaxşılaşdırmaq və onları dəyişən əmək bazarına hazırlamaq üçün məktəblərdə emosional rifahı prioritet halına gətirmək və inkişaf etdirmək lazımdır. Tədqiqatda 15 ölkədən 763 pedaqoq iştirak edib.

Emosional rifah akademik və məşğulluq müvəffəqiyyətinin bir göstəricisidir, emosional bilik isə özünü tanıma və həyatda düzgün yol tapmaq üçün çox vacibdir. Süni intellektin əmək bazarını formalaşdırdığını nəzərə alsaq, yaradıcılıq, qarşılıqlı anlaşma və empatiya kimi insan bacarıqlarının əhəməiyyəti daha da artır. Pedaqoqlar rifahın yaxşılaşdırılması üçün bacarıqların inkişafında əsas rol oynayırlar. Bu beynəlxalq tədqiqat təhsil peşəkarlarının şagirdlərin rifahının üstün tutmasını və yanaşmasını araşdırır.

Araşdırmaya əsasən, pedaqoqların 80%-i inanır ki, pozitiv emosiyalar akademik uğur üçün çox vacibdir, 80%-i isə emosional rifahın ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə əhəmiyyətini vurğulayır. Diqqətəlayiq məqam odur ki, araşdırılan məktəblərin 53%-də dəqiq rifah siyasəti artıq mövcuddur və müəllimlərin fikrincə, bu cür siyasətin olması şagirdlərin emosional rifahının müntəzəm və sistemləşdirilmiş şəkildə dəstəklənməsinin mühüm elementidir. Bu anlayış qlobal təhsil intibahının da diqqət mərkəzindədir. Belə ki, Asiyada məktəblərin 67%-i siniflərdə emosional savadlılığın inkişafını təşviq edir, Şimali Amerikada isə müəllimlərin 66%-i sinifdə emosional savadlılıq prinsiplərini artıq tətbiq etdiklərini bildirib.

Eyni zamanda tədqiqat şagirdlərin rifahının dəstəklənməsi üzrə top üç texnologiyanı da müəyyən edib: təhsil prosesinə töhfə verib, genişləndirdikləri üçün təhsil ilə bağlı mobil tətbiq və ya proqram təminatlarının 58%-i, təhsilin sosial proses olduğunu nəzərə alaraq birgə iş alətlərinin 49%-i, şagirdlərin emosional vəziyyəti ilə bağlı məlumat və təhlilin payına isə 46% düşür, çünki əyanilik məsuliyyətə gətir. Araşdırma sosial emosional bacarıqların inkişafının məktəblər üçün prioritet olduğunu bildirir. Belə ki, məktəblərin 70%-dən çoxu artıq məqsədyönlü olaraq SE bacarıqlarını fundamental bacarıq olaraq görürlər. Mövzu haqqında daha ətraflı öyrənmək üçün “Xoşbəxtliyi öyrədək” adlı vebinarına ödənişsiz şəkildə qoşulmaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil telefonlardan imtina edilməsi isveçli şagirdlərin xeyrinədir

13-03-2025

Bütün qurğular emosiyaları tanıyacaq

17-06-2017

Azərbaycanda məktəblərin İnternetə qoşulmasına nəzarət mərkəzi yaradılacaq

22-08-2008

“Məktəblərin kompüterlərlə təchiz edilməsi müvəffəqiyyət dərəcəsini artırmır”

22-09-2015

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025

Orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək yeni qurum açılacaq

09-01-2009

Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub

24-04-2026

“l sinfə elektron qəbul sistemindən on minlərlə vətəndaş istifadə edib"

14-09-2015

Azərbaycanda 9 minədək insan “Microsoft” ilə birgə yeni rəqəmsal bacarıqlar əldə edib

19-03-2021

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbuluna başlanacaq

15-10-2019

Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

03-03-2026

Emosiyalara nəzarət edə bilən bilərzik hazırlanıb

03-07-2019

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

23-10-2025

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

20-02-2026

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

Süni intellekt uşaqların psixologiyasını necə dəyişir? - Araşdırma

08-12-2025

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

Qazaxıstan məktəblərində süni intellekt tətbiq olunacaq

12-05-2026

Süni intellekt heyvanların emosiyalarını oxuya bilir

30-08-2025

Təhsil Nazirliyi və RİNN arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

17-02-2022

İnsanabənzər robot yaradılıb

31-01-2017

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

“Hazırda 500 məktəb internet sisteminə qoşulub”

10-12-2009

Məktəblərdə telefondan istifadə məhdudlaşdırıla bilər

20-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə