Xeberler.az bildirir ki, Böyük Britaniyanın Lankaster Universitetinin mühəndisləri sahibinin biləyində onun emosional vəziyyətindən asılı olaraq, rəngini dəyişdirən “ağıllı” bilərzik hazırlayıblar.
İstehsalçıların sözlərinə görə, bu bilərzik depressiya və bipolyar pozuntu kimi affektiv pozuntular müşahidə olunan pasiyentlərə, həmçinin sadəcə qəfil “yersiz emosiyalar”dan (qorxu, həyəcan, qəzəb və s.) əziyyət çəkən insanlara öz hisslərini nəzarət altında saxlamağa kömək edəcək. Bununla yanaşı, dərinin temperaturuna reaksiya verən materialdan hazırlanmış “ağıllı” qadcetin işləməsi üçün smartfonla sinxronlaşdırma tələb edilmir.
Sınaqlar zamanı könüllülər 8-16 saat boyunca bilərzikləri daşıyıblar. Onlar başqa insanlarla ünsiyyət saxlayır, işləyir, oynayır, gülür, dincəlir, filmə baxır, bir sözlə, gündəlik həyatda müşahidə olunan emosiyaları hiss edirdilər. Eyni zamanda, biləyə sıx bağlanmış sensor dərinin elektrik fəallığının ölçülməsi yolu ilə hisslərin dəyişilməsini izləyir və siqnal ötürürdü. Bilərzik sayəsində sınaq iştirakçıları öz ani emosional reaksiyalarına diqqət yetirməyə başlayırdılar. Hər bir iştirakçı öz əhval-ruhiyyəsinin kəskin dəyişdiyini anlaya və bu dəyişikliklərin səbəblərini təhlil edə bilirdi.
Mütəxəssislər istifadə edilən materialları öyrənmək, qurğunu təkmilləşdirmək və onun üçün ən əlverişli dizaynı tapmaq məqsədilə əlavə sınaqlar keçirmək niyyətindədirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri