Bakıda kibercinayətkarlıqla mübarizəyə dair seminar keçiriləcək

23-11-2009 / 18:30

Azərbaycan Respublikasının Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşulması ilə əlaqədar Avropa Komissiyasının Texniki Yardım Mübadilə Qurumu (Technical Assistance Information Exchange Instrument of the European Commission (TAIEX)) tərəfindən 24-25 noyabr 2009-cu il tarixlərində Bakıda “Kibercinayətkarlığa qarşı mübarizə” mövzusunda seminar təşkil olunacaq.

Tədbir Avropa Şurasının tövsiyəsi və Avropa Hüquq Akademiyasının ekspertlərinin iştirakı ilə keçiriləcək.

Avropa dövlətlərində bu sahədə Avropa qanunvericiliyinin tətbiq olunmasının qiymətləndirilməsi və kibercinayətkarlığa qarşı Avropa miqyasında effektiv mübarizə formalarının və üsullarının perspektivinin müəyyənləşdirilməsi baxımından Bakıda təşkil olunan seminar çox aktual hesab olunur.

Tədbir zamanı kibercinayətkarlığa qarşı mübarizə sahəsində qəbul edilmiş Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” 2001-ci il Konvensiyası, “İnformasiya sistemlərinə qarşı hücumlar” (2005/222/ JHA) və “Uşaqların cinsi istismarına qarşı və uşaq pornoqrafiyası ilə mübarizə” (2004/68/JHA) Çərçivə Qərarları kimi Avropa hüququnun aktları və həyata keçirilməsi mümkün olan əlavə tədbirlər, həmçinin internet provayderləri və şəbəkə cəmiyyətləri ilə effektiv əməkdaşlığın aspektləri müzakirə ediləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə