Previous Next
Bağla

Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edir - Ekspert

10-03-2026 16:00
Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edir - Ekspert

ABŞ–İran qarşıdurması fonunda Körfəz ölkələrinin hava hücumundan müdafiə imkanları ilə bağlı yeni reallıqlar ortaya çıxıb. İranın dron hücumları ilə üzləşən bəzi ərəb ölkələri dron təhlükəsinə qarşı texnologiyalar əldə etmək üçün Ukraynaya müraciət ediblər.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.

Ekspertin sözlərinə görə, ABŞ tərəfi də bu istiqamətdə Ukrayna ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir:

"Uzun illər ərzində hava məkanının qorunması üçün milyonlarla və hətta milyardlarla dollar vəsait xərcləyən Körfəz ölkələri dron hücumlarının qarşısının alınmasında klassik və bahalı hava hücumundan müdafiə sistemlərinin hər zaman effektiv olmadığını müşahidə ediblər. Ekspertlərin fikrincə, bəzən on min dollarlıq dronu məhv etmək üçün milyonlarla dollar dəyərində olan raket sistemlərindən istifadə olunması iqtisadi baxımdan səmərəli sayılmır.

Ukrayna isə son illərdə məhz bu sahədə xüsusi təcrübə formalaşdırıb. Rusiya tərəfindən minlərlə “Shahed” dron hücumuna məruz qalan ölkə bahalı raket sistemləri ilə yanaşı, daha ucuz və kütləvi texnoloji həllərin hazırlanmasına üstünlük verib".

Osman Gündüz bildirib ki, bu məqsədlə Ukrayna hökuməti startapları, biznes sektorunu, elmi-tədqiqat institutlarını və universitetləri prosesə cəlb edərək müdafiə texnologiyaları üzrə geniş ekosistem formalaşdırıb. Hazırda ölkədə Defence Tech sahəsində 2000-dən çox startap fəaliyyət göstərir və yeni hərbi texnologiyalar qısa müddətdə hazırlanaraq real döyüş şəraitində sınaqdan keçirilir:

"Ukrayna artıq yalnız ölkə daxilində deyil, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrində də hərbi texnologiyaların istehsalını təşkil etməyə başlayıb. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən dron və hərbi texnologiya şirkətləri Ukraynada ofislər açaraq məhsullarını real döyüş şəraitində test edir və inkişaf etdirirlər.

Son illərdə Ukrayna rəhbərliyi bu texnologiyaların daxili tələbatdan artıq istehsal olunmasını nəzərə alaraq onların ixracına da icazə verib. Bu məqsədlə ötən ilin sonundan etibarən hərbi texnologiyaların ixracını tənzimləyən yeni qanunvericilik də qəbul olunub".

Ekspert qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Aviasiya İnstitutunun tələbələri ilə görüşü zamanı bildirib ki, ölkə dron ixracından ildə 2 milyard dollar gəlir əldə etməyi hədəfləyir:

"Beləliklə, bir neçə il əvvəl “Shahed” dron hücumları ilə mübarizə aparan Ukrayna hazırda həmin təhlükəyə qarşı texnologiya və təcrübə ixrac edən mühüm mərkəzlərdən birinə çevrilməkdədir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiyevə son həftədə edilən dron hücumlarının nəticələri açıqlanıb

28-03-2023

Moskvaya dron hücumu olub

24-07-2023

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır

30-03-2025

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb? – Ekspert açıqlayır

03-12-2020

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019

Ukrayna Polşa ilə "Starlink"in ödənişi barədə danışıqlara başlayıb

26-08-2025

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

01-10-2023

Osman Gündüz: Dronlara məhdudiyyət yoxdurmu?

16-04-2019

Hərbi təyinatlı dron sınaqdan keçirilib

21-09-2019

"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

24-08-2023

Sərnişin daşıyan dron təqdim edildi

07-01-2016

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023

Ermənistan dronlarımızı zərərsizləşdirmək üçün bunu etdi - ŞƏRH

04-03-2021

Suyun altında uzun müddət qala bilən dron

29-03-2016

Silahla təchiz edilən dron yaradılacaq

12-03-2018

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016

Selfie üçün dron

10-01-2018

Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

16-04-2019

Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

02-03-2020

Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

02-12-2020

Zelenski Bakcell-dən danışdı

19-12-2019

Ən sürətli dron təqdim edilib-Video

16-09-2016

Ekspert: Ukrayna yenidən İlon Maska müraciət edib

07-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə