Previous Next
Bağla

Müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu başlayır

30-06-2017 15:57
Müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu başlayır

Sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır.

Xeberler.az bildirir ki, ərizələrin qəbulu iyulun 14-nə kimi davam edəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb. Hazırda vakant yerlərin böyük hissəsi ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisası üzrədir. Amma Azərbaycan dili və ədəbiyyat, ingilis dili ixtisasları üzrə müəllim ixtisaslarında şəhər məktəblərində sıxlıq olduğu üçün bu ixtisaslardan vakant yerlər daha az olacaq.

Xatırladaq ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi nazirlik tərəfindən həyata keçirildi. Beləliklə, əvvəllər vakant yerlərin sayı barədə məlumat yerlərdən nazirliyə daxil olurdusa, bu ildən həmin yerlər nazirlikdəki komissiyada müəyyən edildi.

2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi yeni qaydalarla həyata keçirilir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapan həmin dəyişikliklərə əsasən, müsabiqəyə qatılan müəllimlərin işə qəbul üçün iştirak etdiyi test imtahanının nəticələri bir il sonra da qüvvədə olacaq. Həmin nəticələrə görə keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti il müsabiqəyə imtahansız qatılacaq. O cümlədən, ötən il test imtahanlarında iştirak edənlər də həmin nəticələrlə builki müsabiqəyə qatıla biləcəklər.

Bu ildən peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu da mərkəzləşdirilmiş imtahanlarla həyata keçirilir. Həmin imtahanlarda iştirak edərək müvafiq keçid balı toplayanlar Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibəyə dəvət olunacaq və müsahibədən keçənlər peşə təhsili müəssisələrində işə götürüləcək. 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

05-05-2015
Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

01-06-2015
Müəllimlərin işə götürülməsi üzrə elektron ərizə qəbulu başa çatıb

Müəllimlərin işə götürülməsi üzrə elektron ərizə qəbulu başa çatıb

16-07-2015
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır

03-06-2022
İşə qəbul üzrə 1347 nəfər elektron qeydiyyatdan keçib

İşə qəbul üzrə 1347 nəfər elektron qeydiyyatdan keçib

27-10-2017
Direktor vəzifəsinə elektron ərizə qəbulu davam edir

Direktor vəzifəsinə elektron ərizə qəbulu davam edir

28-03-2016
İnformatika müəllimləri neçə bal toplayıb?

İnformatika müəllimləri neçə bal toplayıb?

04-08-2017
 Mühəndis-pedaqoji heyətin nəzərinə

Mühəndis-pedaqoji heyətin nəzərinə

07-10-2017
Məktəb direktoru vəzifəsinə elektron ərizə qəbulu başa çatdı

Məktəb direktoru vəzifəsinə elektron ərizə qəbulu başa çatdı

01-04-2016
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

23-10-2025
Nazirliyə 14 mindən çox e-müraciət olub

Nazirliyə 14 mindən çox e-müraciət olub

10-01-2018
Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayacaq

Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayacaq

25-11-2024
Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017
Nazirliyin Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlanıb

Nazirliyin Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlanıb

06-01-2017
Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

02-07-2015
Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

Elektron qəbul yalnız dövlət bağçalarına aiddir

08-06-2022
Nazirliyin vakant yerlərinə sənəd qəbulu başa çatıb

Nazirliyin vakant yerlərinə sənəd qəbulu başa çatıb

16-09-2015
568 nəfər elektron qaydada qəbula yazılıb

568 nəfər elektron qaydada qəbula yazılıb

02-03-2015
Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-11-2015
Nazirliyə ən çox diplom tanınması ilə bağlı müraciət edilib

Nazirliyə ən çox diplom tanınması ilə bağlı müraciət edilib

01-12-2015
Direktorların işə qəbulu üzrə elektron qeydiyyatın vaxtı açıqlanıb

Direktorların işə qəbulu üzrə elektron qeydiyyatın vaxtı açıqlanıb

02-12-2024
Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər artıb

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər artıb

03-05-2016
Nazirlik: Telefon Məlumat Mərkəzinə 20 mindən çox zəng olub

Nazirlik: Telefon Məlumat Mərkəzinə 20 mindən çox zəng olub

06-09-2017
Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

02-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə