Previous Next
Bağla

Nazirliyə ən çox diplom tanınması ilə bağlı müraciət edilib

01-12-2015 12:24
Nazirliyə ən çox diplom tanınması ilə bağlı müraciət edilib

Noyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Xeberler.az bildirir ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8824 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 dəfə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 597 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2103 zəng) və çərşənbə axşamı (1868 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1025 müraciət) və bazar ertəsi (1009 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-11-2015

Nazirliyin Qaynar xəttinə daxil olan şikayətlərin statistikası açıqlanıb

02-10-2015

568 nəfər elektron qaydada qəbula yazılıb

02-03-2015

Nazirliyin Telefon Məlumat Mərkəzinə 9582 müraciət daxil olub

04-04-2016

Nazirliyə daxil olan müraciətlərin sayı açıqlandı

03-03-2016

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

01-02-2017

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

04-07-2016

Nazirliyə 15 min 985 müraciət daxil olub

05-02-2016

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

02-05-2017

Nazirliyin Telefon Məlumat Mərkəzinə nə qədər müraciət olur?

04-08-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

02-03-2017

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

06-02-2018

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

05-04-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

03-04-2018

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

05-10-2017

Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

02-07-2015

Nazirlik: Telefon Məlumat Mərkəzinə 20 mindən çox zəng olub

06-09-2017

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlandı

07-12-2017

Nazirliyə daxil olan e-müraciətlərin sayı açıqlanıb

05-06-2017

Nazirliyin Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər artıb

03-05-2016

Nazirliyə 14 mindən çox e-müraciət olub

10-01-2018

Nazirliyin Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlanıb

06-01-2017

6819 vətəndaş vəzifəli şəxslərin qəbuluna onlayn yazılıb

28-12-2015

Təhsil ilə bağlı e-müraciət sayı açıqlandı

02-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə