“Nar” ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat turnirinin rəsmi kommunikasiya tərəfdaşıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi və 600-dən çox şahmatçının iştirak etdiyi turnir 3-12 may tarixlərində Bakı Kristal zalında baş tutacaq.
Ümumi mükafat fondu 55 min ABŞ dolları olan turnir 3 kateqoriyadan ibarət olan 9 tur üzrə isveçrə sistemi ilə oynanılacaq. Oyunları izləmək istəyən şahmat həvəskarları üçün giriş sərbəstdir.
“Baku Open 2023” Şahmat turnirinə dəstək “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. Mobil operator KSM strategiyası çərçivəsində bir sıra davamlı layihələr gerçəkləşdirir. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri