Previous Next
Bağla

Nar rabitə cihazları ilə bağlı növbəti kurslara başladı

02-02-2017 17:02
Nar rabitə cihazları ilə bağlı növbəti kurslara başladı

Nar, Uğur akademiyası və Asan Könüllüləri  tərəfindən birgə həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan “Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçir.

Xeberler.az-ın məlumatına görə, layihənin üçüncü mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün rabitə cihazları təmiri üzrə təlim kursları keçiriləcək.

Kurslar rabitə cihazları təmiri sahəsində 5 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaq.

Təlim boyu iştirakçı gənclərə mobil telefon təmiri ilə yanaşı, əsas smartfon işləri (format, müxtəlif proqramların yazılması, izləmə-video sistemlərinin qoşulması və s.) öyrədiləcəkdir. “Təlim məktəbi” kurslarının üçüncü mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılmışdır.

“Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən “Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. Üç ay davam edən layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilir.  

Nar artıq 3 ildir ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır.

Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. Nar özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-ın dəstəyi ilə kompüter təmiri üzrə təlimlər başlayıb

06-12-2016

Nar fiziki məhdudiyyətli şəxslər üçün layihəyə başlayıb-Foto

24-10-2016

Nar-dan fiziki məhdudiyyətli gənclər üçün layihə

01-08-2017

Nar-ın “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

19-01-2017

Nar eşitmə məhdudiyyətli insanlara dəstək olur

31-05-2019

Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

25-06-2019

Nar-ın dəstəyi ilə keçirilən layihənin ilk mərhələsi başa çatıb

17-08-2017

Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

30-04-2019

Nar-ın Təlim Məktəbi layihəsi başa çatıb

26-07-2019

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019

Fiziki məhdudiyyətli vətəndaşlara necə dəstək olmalı?

11-10-2017

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

18-01-2023

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

28-06-2022

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

"Nar"ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

18-10-2022

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023

Nar-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti

24-11-2018

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə