Previous Next
Bağla

Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

30-04-2019 17:38
Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

“Nar” fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası üçün korporativ sosial məsuliyyət (KSM) layihələrini davam etdirir. 

Xeberler.az  bildirir ki, mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması üçün növbəti “Təlim məktəbi” layihəsinə start verir. “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşacaq layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər. İştirakçılar aşpaz, şirniyyat ustası, motorçu və s. kimi  ixtisaslara yiyələnəcəklər. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Qeyd edək ki, “Nar” tərəfindən təşkil edilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə  cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.

“Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması üçün uzun müddətdir ki, uğurlu layihələr icra edib:

“Artıq 3 ildən çoxdur ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür  təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə veririk. Məqsəd fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə yanaşı, onları cəmiyyətə inteqrasiya etməkdir. Layihə ilkin olaraq paytaxtda yaşayan eşitmə məhdudiyyətli insanları əhatə edəcək. Gələcəkdə isə bütün bölgələrdən olan eşitmə məhdudiyyəli şəxslər üçün peşə təlimlərinin keçirilməsini nəzərdə tuturuq”.

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində mövcud olan problemlərin həlli cox vacibdir: “Əsas məqsədimiz bu insanların normal həyata qaytarılmasına, sosial və maddi, hüquqi, mülki və qanunvericiliklə bağlı problemlərinin həllinə kömək etməkdir. Eşitmə məhdudiyyətli insanlar müəyyən peşəyə yiyələnməklə həyatlarını maddi və mənəvi cəhətdən asanlaşdırır. “Təlim peşəsi” layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına yardım edəcək.”

“Nar”-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar eşitmə məhdudiyyətli insanlara dəstək olur

31-05-2019

Nar-ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

25-06-2019

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019

Nar-ın Təlim Məktəbi layihəsi başa çatıb

26-07-2019

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020

Nar fiziki məhdudiyyətli şəxslər üçün layihəyə başlayıb-Foto

24-10-2016

Nar-ın sosial layihələri bu il də davam edəcək

21-02-2019

Nar-dan fiziki məhdudiyyətli gənclər üçün layihə

01-08-2017

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

Nar-ın “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

19-01-2017

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

28-06-2022

"Nar"ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatdı

18-10-2022

Nar rabitə cihazları ilə bağlı növbəti kurslara başladı

02-02-2017

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

18-01-2023

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025

Nar-ın dəstəyi ilə kompüter təmiri üzrə təlimlər başlayıb

06-12-2016

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

17-04-2025

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə