Previous Next
Bağla

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017 10:39
Nar Gəncədə 4G xidmətini təqdim edib

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə Nar yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir.

Xeberler.az bildirir ki, aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim edib.

Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər.

Beləliklə, Gəncə şəhərindəki Nar abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazandılar.

Qeyd edək ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün Azərbaycanın müxtəlif bölgələrində yeni 3G və LTE baza stansiyaları quraşdırmaqla şəbəkənin təkmilləşdirilməsi işləri davam etdirilir.

Nar Bakı şəhəri, Abşeron yarımadası və Gəncə şəhərində xidmət göstərən 4G baza stansiyaları ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Nar baza stansiyalarını 25 faiz artıracaq

01-03-2018

Nar 794 ədəd 4G baza stansiyası quraşdırıb

06-07-2017

Nar 194 yeni 3G baza stansiyası quraşdırıb

25-08-2017

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019

4G Nar şəbəkəsi artıq Zərdabda

08-11-2019

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018

Nar-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

08-07-2019

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

09-08-2021

Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016

Nar 4G istifadəçilərinin sayı 2 dəfə artıb

27-08-2019

Son 1 ildə “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb

26-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə