Previous Next
Bağla

Nar-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

08-07-2019 17:29
Nar-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

Xeberler.az bildirir ki, “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb. Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər. Qeyd edək ki, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza  stansiyalarının sayı 2600-ü ötüb. Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.

“Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, “Nar”-ın tarixində əlamətdar bir hadisəni – Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə “Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.

“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. 

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nar 4G şəbəkəsi Qobustan və Xızıda

Nar 4G şəbəkəsi Qobustan və Xızıda

16-08-2019
4G Nar şəbəkəsi artıq Zərdabda

4G Nar şəbəkəsi artıq Zərdabda

08-11-2019
Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020
Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

20-02-2019
Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Nar 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

23-05-2019
“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

“Nar”-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda!

29-06-2019
“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

09-08-2021
4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

4G Nar şəbəkəsi ölkə əhalisinin 91,5 faizinə xidmət edir

30-09-2019
Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

Nar 4G şəbəkəsini genişləndirməkdə davam edir

20-11-2018
Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

Nar 4G istifadəçilərinin sayı il ərzində 85 faiz artıb

23-10-2019
Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019
Nar LTE şəbəkəsini genişləndirir

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018
Nar Tərtərdə 4G şəbəkəsini qurdu

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018
Nar Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

Nar Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

26-12-2019
“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

19-05-2021
Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

Son 1 il ərzində “Nar” abunəçilərinin internetdən istifadəsi 65 faiz artıb

16-03-2020
“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021
Son 1 ildə “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb

Son 1 ildə “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb

26-05-2020
Nar Gəncədə 4G xidmətini təqdim edib

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017
Nar 4G istifadəçilərinin sayı 2 dəfə artıb

Nar 4G istifadəçilərinin sayı 2 dəfə artıb

27-08-2019
"Nar" ötən il 150-dən çox baza stansiyası quraşdırıb

"Nar" ötən il 150-dən çox baza stansiyası quraşdırıb

12-03-2021
Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb

“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb

26-02-2020
Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

Nar-ın LTE şəbəkəsindən istifadə edənlərin sayı açıqlanıb

27-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə