Previous Next
Bağla

Nar-ın tərəfdaşı olan klubun boksçuları 10 medal qazanıb

14-11-2016 11:36
Nar-ın tərəfdaşı olan klubun boksçuları 10 medal qazanıb

Nar operatorunun tərəfdaşı olan “Rabitə” idman klubu qələbələr seriyasına davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Boks klubu özünün növbəti uğurunu Balakən şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Azərbaycan turnirində qazanıb.

Belə ki, 23-28 sentyabr 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən “Rabitə” idman klubunun boksçuları 4 qızıl, 1 gümüş və 5 bürünc olmaqla toplam 10 medal əldə ediblər.

Qeyd edək ki, Nar və “Rabitə” idman klubunun birgə həyata keçirdikləri “Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək” layihəsinin nəticəsi olaraq balaca boksçular beynəlxalq yarışlarda da xeyli uğur əldə ediblər. Sonuncu dəfə belə bir yüksək nəticə “Rabitə” klubunun yetirməsi tərəfindən Qazaxıstanın Aktau şəhərində əldə edilib. Belə ki, 28 sentyabr-2 oktyabr 2016-cı il tarixləri arasında keçirilmiş boks üzrə IX ənənəvi Beynəlxalq turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə 3-cü yeri tutaraq bürünc medal qazanıb.   

Nar operatoru “Rabitə” idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində Nar kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün “Rabitə” idman klubunda ödənişsiz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

Nar korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar idman klubunu dəstəkləməyə davam edir

19-06-2017

Nar Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu

22-12-2018

Nar aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

24-05-2019

Nar-ın dəstək olduğu peşəkar boksçular qələbə qazanıb

04-09-2019

Nar fiziki məhdudiyyətli idmançılara dəstək olur

24-10-2019

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

19-09-2020

“Nar” gənclərin boks təlimlərinə dəstək olur

30-09-2025

“Nar” yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur  

08-07-2022

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019

Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur

21-06-2023

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

26-12-2023

Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

31-08-2017

Nar triatlon üzrə “IronWind” açıq turnirinə dəstək olub

05-06-2023

Nar ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik edib

03-02-2020

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

04-05-2023

“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır

04-11-2023

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

Nar-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

19-09-2018

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020

“İdman Azərbaycan”ın rəsmi açılış mərasimi keçiriləcək

30-01-2009

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01-12-2021

Nar-dan autizmli uşaqlara dəstək aksiyası

21-04-2018

“Nar”ın dəstəyilə 10 abituriyent tələbə adını qazandı

10-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə