“Nar”dan gənc şahmatçılara dəstək

04-07-2019 / 13:01

Xeberler.az məlumat verir ki, Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə, “Nar”, 2-10 iyul tarixlərində Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur. Qeyd edək ki, uşaq turnirinə 74 şahmatçı qeydiyyata alınıb. 7 tur isveçrə sistemi üzrə yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də “Nar”-dan xüsusi mükafatlar qazanacaqlar.

Festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı" çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, Iran, Türkiyə, Rusiya, İraq ve Belarusiyadan da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6 qrossmeyster, 4 Beynəlxalq usta və 9 FİDE ustası yer alıb. 

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, müxtəlif sosial layihələr həyata keçirir.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.