Previous Next
Bağla

"Nar"ın sosial layihəsi NETTY mükafatına layiq görülüb-Foto

20-12-2022 21:50
"Nar"ın sosial layihəsi NETTY mükafatına layiq görülüb-Foto

“Nar”ın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən “Jest dili” layihəsi “NETTY 2022” milli internet mükafatına layiq görüldü. Jestdili.az Azərbaycan dilində ilk onlayn işarə dili lüğəti kimi “Elm, Təhsil və İnnovasiyalar” nominasiyası üzrə ən yaxşı layihə seçildi.

Qeyd edək ki, onlayn jest dili lüğəti Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi və “Karlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanıb.

Final mərasimində mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” brendi) İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Əziz Axundov bildirib: “Müştəri yönümlü mobil operator olaraq, fəaliyyətimiz hər kəs üçün yüksək keyfiyyətli mobil xidmətlər təmin etməklə məhdudlaşmır; "Nar” həm də sosial layihələr vasitəsilə cəmiyyətin həyatına müsbət dəyər qatır. Jest dili layihəsi eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, gündəlik həyatlarını daha da rahat edir.”

Jestdili.az veb resursu təxminən 3 minə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videolarını ehtiva edir. Layihənin əsas məqsədi eşitmə məhdudiyyətli insanların sosiallaşmasını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Həmçinin, geniş tərkibli vahid lüğətin yaranması ilə jest dilinin standartlaşması prosesi asanlaşır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

18-06-2021

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

09-10-2025

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19-05-2025

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

29-05-2024

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

14-09-2023

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

23-09-2025

“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı

19-12-2023

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

"Nar" NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

29-11-2022

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

18-01-2023

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

30-04-2019

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə