Previous Next
Bağla

NASA Yupiterin peykinə kosmik gəmi göndərir

12-10-2024 14:34
NASA Yupiterin peykinə kosmik gəmi göndərir

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) oktyabrın ikinci yarısında Yupiterin peyki Avropaya kosmik gəmi göndərəcək. Kosmik gəmi Yupiterin peykində həyat şəraitinin olub-olmadığını müəyyən edəcək.

Xeberler.az bildirir ki, NASA-nın internet saytında dərc edilən məqaləyə görə, “Europa Clipper” missiyasının Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindəki “Launch Complex 39A” platformasından kosmik fəzaya buraxılması planlaşdırılır. Bildirilir ki, buraxılış üçün Amerikanın “SpaceX” şirkətinin “Falcon Heavy” daşıyıcı raketindən istifadə olunacaq.

Avropa XVII əsrdə Qalileo Qaliley tərəfindən kəşf edilmiş Yupiterin dörd ən böyük peykindən biridir. Onun səthi buzla örtülüdür, altında isə nəhəng maye su okeanı var. Bu gün planetoloqlar onu yerdənkənar həyatın mümkün mərkəzlərindən biri hesab edirlər. Bu, həmin su hövzəsinin səthindəki buzun qaz və minerallarla mübadilə aparması, həmçinin hidrogen və mikrobların həyatını təmin edə biləcək bəzi digər maddələrin olması ilə təsdiqlənir.

Bu amilləri nəzərə alan alimlər uzun illərdir ki, Avropanın buzaltı okeanının necə yaranması və onun hansı kimyəvi tərkibə malik olması ilə maraqlanırlar. Əsas tədqiqat mövzuları kosmosdakı peykdə yerləşən bu su hövzəsinin yaşı, həmçinin onun Yupiterin peykində yerli buz və qaya çöküntülərindən yaranması ehtimalı, yaxud uzaq məsafələrdə Avropanın səthinə düşən asteroidlər və kometaların təsiri ilə meydana gəlməsidir.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NASA Yupiterin peyki Avropada həyat axtaracaq

04-09-2024

NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

12-02-2026

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026

NASA: “Orion” kosmik gəmisi Aya uğurlu uçuş edib

22-11-2022

NASA “SpaceX Dragon”u qarşılamağa hazırlaşır

24-02-2026

Yaponiyanın kosmik gəmisi Aya göndərilib

12-12-2022

Astronavtların Beynəlxalq Kosmik Stansiyadan qayıdış vaxtı müəyyənləşib

17-03-2025

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

09-02-2025

NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib

26-10-2024

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026

Amerikanın kosmik gəmisi BKS-də 2,3 ton yük çatdıracaq

17-05-2026

“Cargo Dragon” Beynəlxalq Kosmik Stansiyaya yola düşüb

24-08-2025

Yupiterin təbii peykində güclü vulkan püskürməsi olub

29-01-2025

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025

NASA asteroidlərin Yerlə toqquşma riskini qiymətləndirib

23-11-2021

SpaceX Beynəlxalq Kosmik Stansiyaya maneken-pilot göndərir

02-03-2019

NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

19-11-2025

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

“ABŞ-ın yeni kosmik gəmisi Starliner adlanacaq”

05-09-2015

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015

NASA Ayla bağlı planına dəyişiklik edib

25-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə