Previous Next
Bağla

Naxçıvanda İKT-nin tətbiqi genişləndirilir

14-09-2015 13:58
Naxçıvanda İKT-nin tətbiqi genişləndirilir

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi daim diqqət mərkəzindədir.

Xeberler.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlərin davamı olaraq ötən ay ərzində təmir-tikinti işləri ilə əlaqədar yaşayış məntəqələrində 12 min 479 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilib, 234 yeni nömrə istismara verilib.

İnternet resurslarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 3 ümumi və 17 fərdi qrup yaradılıb. Bundan əlavə, genişzolaqlı internetə artan tələbat nəzərə alınaraq, Babək rayonunun Şəkərabad və Ordubad rayonunun Unus kəndlərinin hər birində 48 portluq əlavə, Babək rayonunun Nəhəcir, Ordubad rayonunun Üstüpü və Çənnəb kəndlərinin hər birində 48 abunəlik yeni DSLAM avadanlıqları quraşdırılib.

“Naxtel” simsiz rabitə operatorunun abunəçiləri yaxın gələcəkdə texnologiyanın ən son yeniliklərindən olan 4G mobil rabitəsindən istifadə edə biləcəklər. Bu məqsədlə muxtar respublika ərazisində 4G şəbəkəsi yaradılır. Ötən ay bu istiqamətdə işlər uğurla davam etdirilib, 20 məntəqədə baza stansiyaları qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində işlər növbəti aylarda da davam etdiriləcək, qış aylarında rabitə xidmətinin fasiləsiz və nümunəvi təşkili təmin olunacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda 28 fərdi mənzilə optik kabel xətti çəkilib

30-07-2015

Naxçıvanda 4G şəbəkəsi qurulub

13-08-2015

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Naxçıvanda 707 abunəçi internetlə təmin olunub

09-08-2019

Naxçıvanda yeni avtomat telefon stansiyaları istifadəyə verilib

06-02-2016

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvana daxil olan internetin həcmi artırılıb

13-08-2015

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda 9 ayda 3 mindən çox abonent genişzolaqlı internetlə təmin olunub

06-10-2023

Naxçıvan MR-də 3 ayda 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

20-04-2015

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Naxçıvan MR-də telefon aparatlarının sayı 72-yə çatıb

20-04-2015

Naxçıvan MR-da informasiya və rabitə sahəsinin inkişafı təmin edilib

15-12-2019

Naxçıvanda 8 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

30-07-2015

Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

14-02-2017

Naxçıvanda internet trafiki 10 Gbit/s-yə çatdırılıb

10-09-2019

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023

Naxçıvanın kabel infrastrukturu yenilənir

05-10-2020

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Nazir vəzifəsindən azad edildi

05-03-2020

Naxçıvanda məktəblər yeni kompüterlərlə təmin olunub

07-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə