Previous Next
Bağla

Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

26-07-2019 17:13
Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

Xeberler.az bildirir ki, təlim toplantısından qayıdan tələbələrlə rabitə və yeni texnologiyalar nazirliyində görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən tədbiri giriş sözü ilə açan rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov qeyd edib ki, 2015-ci ilin sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Naxçıvan Universitetində Çin Xalq Respublikasının Huawei şirkəti tərəfindən yaradılan İKT Mərkəzinin açılışı olub.

Burada Huawei Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru tərəfindən Ali Məclis Sədrinə Huawei şirkətinin rəhbərinin məktubu təqdim edilib. Məktubda muxtar respublkanın universitetlərində informasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrin Huawei şirkətinin Çinin Şenjen şəhərindəki yay təlim mərkəzində təcrübə keçməsini nəzərdə tutan “Gələcəyin İKT Sahəsindəki Toxumları” adlı proqram-lahiyənin həyata keçirilməsi təklif edilib. Ali Məclis Sədrinin tələbələrin təlimlərdə iştirakının təşkil edilməsi barədə rabitə və yeni texnologiyalar nazirliyinə verdiyi tapşırığa uyğun olaraq, Huawei şirkəti ilə 5 il davam edəcək layihənin icrasına start verilib.

Belə ki, 2016-cı ilə 6, 2017-ci ilə 12, 2018-ci ilə 5, 2019-cu ilə isə 7 tələbənin şirkətin iki həftəlik yay təlim məşğələlərində təcrübə keçməsi təmin edilib. 
2017-ci ilin mart ayında şirkətin Baş vitse prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri ilə görüşərkən “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətinə Naxçıvandan başlamasına şərait yaradıldığına görə şirkətin rəhbərliyi adından minnətdarlığını bildirmiş, bundan sonra da burada informasiya texnologiyalarının inkişafına dəstək verəcəklərini və sosial layihələrdə daha yaxından iştirak edəcəklərini bildirib.

Eyni zamanda ehtiram əlaməti olaraq, Ali Məclis Sədrinin təhsil aldığı orta məktəbin bir qurup şagirdinin Çinə ekskursiyasının təşkil edilməsi barədəki xidmətini təklif edib. Huawei şirkəti Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə 17 ildən artıqdır ki, telekommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq edir. Bundan əlavə şirkət burada bir sıra sosial layihələrdə də yaxından iştirak edir.

Buna misal olaraq, Naxçıvan şəhərindəki “Fiziki Məhdud İmkanlıların Regional İnformasiya Mərkəzi”ndə qurulan 150 şagird yerlik “Distant Təhsil Mərkəzi”ni, “Naxçıvan” Universitetində “Huawei” şirkətinin hamiliyi ilə istifadəyə verilən İKT Mərkəzini, bu günün mövzusu olan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı 5 illik layihəni, Naxçıvan Dövlət və “Naxçıvan” Universitetlərinə hədiyyə edilən 2 ədəd böyük ölçülü monitor-planşeti və Naxçıvan universitetində şirkətin peşəkar mühəndisləri tərəfindən hər il təşkil edilən mühazirələri göstərmək olar. 

Bundan sonra isə bu ilki təlimlərdə iştirak etmiş tələbələrdən İnci Hüseynli, Elvin Cabbarlı, Anar Rəsulzadə, Elvin Salayev, Roza Ağayeva hazırladıqları təqdimatlar vasitəsi ilə Çinə səfərlərinin təəsüratları və ən müasir informasiya texnologiyaları haqqında əldə etdikləri biliklər haqqında görüş iştirakçılarına məlumat vermiş, yaradılan imkanlara görə muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər. Bildirilib ki,Çin Xalq Respublikasında istehsalat təcrübəsi keçən tələbələr proqram çərçivəsində əvvəlcə Pekində Çin mədəniyyəti ilə tanış olublar. Sonra təcrübəçi tələbələr Çinin Şenjen şəhərinə yola düşüblər.

“Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin treninq mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçiblər. Tələbələrin ən qabaqcıl texnologiyalar haqqında ətraflı məlumat əldə etməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılmış, tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016

Naxçıvan Universitetində Huawei-nin mütəxəssisi seminar-treninq keçirib

13-12-2019

Naxçıvanda təhsil müəssisələrinə sürətli internet çəkilib

15-02-2017

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Huawei Azərbaycanda akademiya açır

18-04-2016

Nazir vəzifəsindən azad edildi

05-03-2020

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

“Naxçıvanpoçt” yerli nazirliyin tabeliyinə verilib

04-08-2023

İKT biliyinə malik ən yaxşı 10 tələbə Çində təlimlərə göndərilir

22-11-2018

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023

Naxçıvana daxil olan internetin həcmi artırılıb

13-08-2015

Naxçıvanda məktəblər yeni kompüterlərlə təmin olunub

07-09-2015

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə