Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.
Xeberler.az bildirir ki, görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları