Previous Next
Bağla

Osman Gündüz Dövlət Agentliyi yanında İctimai Şuraya koordinator seçildi

06-03-2013 19:19
Osman Gündüz Dövlət Agentliyi yanında İctimai Şuraya koordinator seçildi

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən davamlı işlər aparılır. Agentlikdən Femida.az-a verilən məlumata görə, Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Agentliyin inzibati binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuran;n yaradılması təklif irəli sürülüb. Qeyd olunan iclasda iştirak edən Agentliyin sədri İnam Kərimov bu təşəbbüsü dəstəkləyərək qeyd edib ki, ictimai şuraların yaradılması və aktiv fəaliyyəti təşəbbüsü çöx mühümdür.

İctimai Şuranın təsis olunmasında  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyinin, Azərbaycan İnternet Forumu, «Şəffaflıq  Azərbaycan», («Transparency Azerbaijan»), Korrupsiyaya qarşı mübarizə Fondu, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondu, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Sahibkarlar  Təşkilatları Milli Konfederasiyası, «Hüquq və İnkişaf» İctimai Birlyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının nümayəndələri iştirak edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yekdilliklə İctimai Şuranın koordinatoru seçilib.

Qeyd edək ki, İctimai Şura öz işini təşkil etmək məqsədilə Agentliklə razılaşdırmaqla öz iş qaydasını müəyyən edəcək. Həmçinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsinə təşviqlə bağlı tədbirlər həyata keçirəcək. Həmçinin, İctimai Şura  ictimaiyyətlə informasiya münasibətlərinin daha effektiv qurulması məqsədilə öz rəsmi internet resursunu və  sosial media hesablarını yaradacaqdır. Bundan başqa, Şura vətəndaşlar arasında elektron xidmətlərə olan ehtiyacın və onların göstərilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı sorğular və monitorinqlər keçirəcək, vətəndaşlar arasında elektron xidmətlərin istifadəsinə təşviqlə bağlı maarifləndirmə işlərini aparacaq. İctimai Şuranın iclaslarına Agentliyin, aidiyyəti qurumların və kütləvi informasiya vasitələrinin, internet media qurumlarının nümayəndələrini dəvət ediləcək. Şura həyata keçirilən monitorinqlərin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumuna məlumat və Agentliyə yazılı hesabat təqdim edəcək.

Femida.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013

Elektron xidmətlərin ictimai müzakirəsi keçiriləcək

10-04-2014

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı

07-08-2014

Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

02-06-2015

İctimai Şura üzvləri Dövlət Agentliyinin sədri ilə görüşüb

13-07-2018

Elektron Hökumətin inkişafı haqqında Dövlət proqramının Layihəsi müzakirə olundu

12-07-2013

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

24-05-2018

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

14-03-2016

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

28-02-2018

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı baş tutacaq

09-09-2019

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015

Açıq Məlumat Bazaları haqqında qanun layihəsinin hazırlanması təklif olunur

18-01-2017

Yerli xidmətlər də elektronlaşdırılacaq

05-07-2016

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

21-06-2017

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

27-02-2018

Yerli icra qurumların populyar xidməti hansılardır?

17-07-2017

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016

“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

11-03-2014

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçiriləcək.

24-06-2014

Dövlət xidmətləri haqqında Qanun layihəsi hazırlanır

18-07-2016

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

04-04-2017

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə