Previous Next
Bağla

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015 10:25
Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

“Elektron arayışlardan istifadənin kütləviləşməsi, elektron arayışların, sənədlərin elektron sürətlərinin və elektron etibarnamələrin dövlət qurumları tərəfindən tanınması” ilə bağlı təkliflər hazırlanacaq.

Bununla bağlı  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura  mayın 26-da  toplantı keçirəcək.

İctimai Şuranın kordinatoru Osman Gündüz Xeberler.az-a bildirib ki, iclasda Elektron hökumət Portalı və digər dövlət qurumlarının informasiya sistemləri vasitəsilə əldə olunan elektron arayışların sayının və populyarlığının artırılması istiqamətində müzakirələr aparılacaq : “Şura budəfəki toplantısında elektron arayışlardan istifadə, sənədlərin elektron surətlərinin və elektron etibarnamələrin dövlət qurumları tərəfindən tanınması məsələsini də müzakirə etməyə hazırlaşır”.

Osman Gündüzün sözlərinə görə, hazırda İctimai Şura tərəfindən qeyd olunan istiqamətdə araşdırmalar aparılır.

Şuradan Xəbərlər-ə bildirilib ki, indiyə qədər Elektron Hökumət portalının operatoru Məlumat Hesablama Mərkəzi tərəfindən 9 arayışın elektron formada əldə edilməsi imkanı yaradılıb.

Şuranın məlumatına görə, bu e-arayışları Elektron hökumət portal üzərindən əldə etmək mümkündür. Qeyd edilib ki, hələlik e- arayışlar az sayda dövlət və özəl qurumlar tərəfindən tanınır. Bu baxımdan Şuranın müzakirələrinin yekunu olaraq məsələ ilə bağlı təkliflər hazırlanacaq. Təkliflər  isə e- arayışlardan istifadə sahəsində mövcud hüquqi və texniki –texnoloji problemlərin aradan qaldırılması, elektron arayışların populyarlıq səviyyəsinin yüksəldilməsi, fərdi məlumatlar üzrə dövlət informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması ilə bağlı olacaq.

Qeyd edək ki, təkliflər Elektron xidmətlərin təşviqi üzrə İctimai Şurada müzakirə edilərək VXSİ Dövlət Agentliyinə və Rabitə və Yüksək Texnologiylar Nazirliyinə (RYTN)  təqdim ediləcək.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015

Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

02-06-2015

Ölkə qanunvericiliyində nə qədər arayış növü var?

20-10-2015

Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub

26-05-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada arayışlarla bağlı məsələ müzakirə olundu

21-10-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

24-05-2018

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı

07-08-2014

Yerli xidmətlər də elektronlaşdırılacaq

05-07-2016

Elektron xidmətlərin ictimai müzakirəsi keçiriləcək

10-04-2014

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?

11-02-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016

Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı Təkliflər

08-08-2014

"Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə təşkil olunacaq

13-06-2014

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

14-03-2016

“Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi” ilə bağlı Təkliflər hazırlanıb

08-08-2014

Dövlət xidmətləri haqqında Qanun layihəsi hazırlanır

18-07-2016

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçiriləcək.

24-06-2014

Açıq Məlumat Bazaları haqqında qanun layihəsinin hazırlanması təklif olunur

18-01-2017

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı baş tutacaq

09-09-2019

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013

Yerli icra qurumların xidmətləri nə zaman elektron olacaq?

22-06-2017

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

25-06-2016

Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

04-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə