Previous Next
Bağla

Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

25-09-2024 19:17
Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resursları və potensialıdır. Eləcə də hər sahədə olduğu kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafında gənc nəsil mütəxəssislərin olması vacib amildir.

Xeberler.az məlumat verir ki, bunu ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə Bakıda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

“Texnologiya o qədər sürətlə dəyişir ki, bu istiqamətdə risklərin bəzilərini hətta proqnozlaşdırmaq mümkün olmur. Belə ki, mütəmadi olaraq mütəxəssislərin hazır olmadığı yeni istiqamətlər meydana çıxır. ADA Universitetinin məlumat analitikası üzrə mütəxəssislər hazırlamaq üçün ABŞ-da fəaliyyət göstərən Corc Vaşinqton Universiteti ilə proqramı var. Universitet məlumat analitikası üzrə mütəxəssislər hazırlamaq üçün xarici universitetlərlə tərəfdaşlıq edir. Bu, Azərbaycanda gənc mütəxəssisləri böyük məlumatları təhlil etmək, böyük məlumatlardan istifadə etmək üzrə hazırlayan ilk proqramlardan biridir”, - deyə Fariz İsmayılzadə əlavə edib.

Həmçinin F.İsmayılzadə qeyd edib ki, ADA Universiteti yeni innovasiyalar və yeni texnologiyaların tətbiqini daim diqqət mərkəzində saxlayır: “Çünki yeni texnologiya, innovasiya və startaplara diqqət yetirmədən kiberhücumlar, kibertəhdidlər və bu kimi risklərdən tam qorunmaq mümkün deyil. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan üçtərəfli Anlaşma Memorandumu kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün kadr potensialının gücləndirilməsinə böyük töhfə verəcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

25-09-2024

AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

26-09-2024

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024

Fariz İsmayılzadə: Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq

17-10-2024

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11-01-2019

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

18-04-2018

Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

18-03-2025

Nar ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

22-01-2019

“1 Gənc - 1 Hekayə - 1 Uğur”

19-02-2016

Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

25-09-2024

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024

Azərbaycanda “Google”, “Microsoft” və “OpenAI”nin mərkəzləri yaradıla bilər

02-09-2025

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

RİNN, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

08-12-2021

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

17-04-2024

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir

25-09-2024

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Bakıda kibertəhlükəsizlik ilə bağlı beynəlxalq konfrans keçirilir-Fotolar

13-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə