Previous Next
Bağla

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

01-10-2024 16:46
Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

Regionda ilk dəfə ölkəmizdə keçirilən 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən rəsmi şəxslər, diplomatlar və nüfuzlu ekspertlərin iştirak etdiyi Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda “Bakı Bəyannaməsi” qəbul edilib.

BAKI BƏYANNAMƏSİ

25 sentyabr 2024-cü il

Biz, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun Kiberdiplomatiya Mərkəzinin dəvəti ilə 25 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) iştirakçıları:

Rəqəmsal dövrün həm misli görünməmiş imkanlar, həm də mürəkkəb çağırışlar yaradaraq cəmiyyətləri qlobal şəkildə dəyişdirdiyini qəbul edərək;

Güclü qlobal kiberekosistemə töhfə verən insan mərkəzli, inklüziv və inkişaf yönümlü informasiya cəmiyyətini qiymətləndirərək;

Beynəlxalq dialoq və əməkdaşlığın kibertəhdidlərin aradan qaldırılması və açıq, təhlükəsiz, sabit, əlçatan və dinc kiberməkanın təşviqində mühüm rol oynadığını dərk edərək;

Beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və kiberməkanda məsuliyyətli dövlət davranışı normalarını rəhbər tutaraq;

Beynəlxalq əməkdaşlığın inkişafı, etimadın artırılması və sərhədlərarası kiberproblemlərin effektiv həllində kiberdiplomatiyanın əhəmiyyətini vurğulayaraq;

Qadınların kibertəhlükəsizlik təşəbbüslərində iştirakını təşviq etmək yolu ilə hamı üçün daha təhlükəsiz onlayn mühiti təmin etmək məqsədilə onlayn qısnama və kibertəqib kimi gender əsaslı kibertəhlükələrin aradan qaldırılmasına çağırış edərək;

Qlobal səviyyədə ətraf mühit məsələlərinin rəqəmsal siyasət və təcrübənin bütün aspektlərində ehtiva olunduğunu təmin etmək üçün informasiya texnologiyalarının qidalandırılmasında yaşıl enerji mənbələrindən istifadəyə ehtiyac olduğunu vurğulayaraq;

Qlobal rəqəmsal infrastrukturu və iqtisadi sabitliyi təhdid edən kiberhücumlar, məlumatların pozulması və digər zərərli fəaliyyətlərlə bağlı artan insidentlərdən narahatlıq ifadə edərək;

Kiberməkanda məsuliyyətli davranışın, o cümlədən kiberinsidentlərlə bağlı məlumat verilməsində şəffaflıq və insidentlərə cavab verilməsində əməkdaşlığın zəruriliyini təsdiq edərək;

bəyan edirik:

Beynəlxalq hüquq və məsuliyyətli dövlət davranışı normalarını rəhbər tutaraq açıq, təhlükəsiz, sabit, əlçatan və dinc kiberməkana sadiqliyimizi bir daha təsdiq edirik;

Kibertəhdidləri aradan qaldırmaq və azaltmaq üçün təkmil qlobal əməkdaşlığın və məlumat mübadiləsinin vacibliyini vurğulayırıq;

Kiberməkanda məsuliyyətli dövlət davranışı üzrə əlavə normaların zamanla hazırlana biləcəyini qəbul edirik;

Təhlükəsiz və açıq rəqəmsal mühiti təmin edən kiberdavranış və kiberidarəetmə üzrə beynəlxalq standartlar və normaların işlənib hazırlanmasını dəstəkləyirik;

Rəqəmsal hüquqların təşviqi və hərtərəfli hüquqi və siyasi çərçivələr vasitəsilə kritik rəqəmsal infrastrukturun mühafizəsinə çağırırıq;

Kollektiv kibertəhlükəsizlik səylərini təşviq etmək üçün hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında dialoqu və əməkdaşlığı inkişaf etdirməyə bağlılığımızı ifadə edirik;

Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası layihəsi üzrə razılığı alqışlayır və bu ilin sonunda onun qəbul olunacağına ümid edirik;

Qlobal Rəqəmsal Sazişin qəbulunu alqışlayır və onun ehtiva etdiyi öhdəlikləri yerinə yetirməyə çağırırıq;

ICCD və digər beynəlxalq platformaların kiberdiplomatiya üzrə əməkdaşlığın inkişafında mühüm rolunu qəbul edirik;

Kiberdiplomatiya üzrə Bakı Bəyannaməsinin qəbul edilməsinə görə Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiririk;

Səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının xalqına və hökumətinə minnətdarlığımızı bildiririk.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

17-04-2024
İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024
Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir

Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir

25-09-2024
AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

26-09-2024
Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

25-09-2024
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026
XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024
XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

10-04-2025
Ziyafət Əsgərov: “Kiberməkanın təhlükəsiz olması üçün beynəlxalq əməkdaşlığa ehtiyac var”

Ziyafət Əsgərov: “Kiberməkanın təhlükəsiz olması üçün beynəlxalq əməkdaşlığa ehtiyac var”

25-09-2024
Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

18-03-2025
Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18-06-2026
Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

25-09-2024
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

25-09-2024
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

14-04-2026
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

18-06-2026
4SİM  Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024
Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

01-05-2025
Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Prezident: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

18-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə