Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır.
Xeberler.az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisas səviyyəsinə malik analitikləri, tərtibatçıları və operatorları ayda min dollar daha az alacaqlar. Eyni zamanda, yüksək ixtisaslı mütəxəssislərdən ibarət kiçik bir qrupu ödənişlərin ayda 3,5 min dollar artması gözləyə bilər.
Agentlik qeyd edib ki, Pentaqonun planları hərbçilər arasında kəskin narazılığa səbəb olub. Bununla əlaqədar qurumun rəhbərliyi bunu bir dəfəyə etmək əvəzinə, həvəsləndirici ödənişlərin tədricən azaldılması imkanını nəzərdən keçirir.
"Bloomberg" vurğulayıb ki, aylıq həvəsləndirici ödənişlərin zəruriliyi barədə Pentaqonda yaranan mübahisələr ABŞ ordusunun sıralarında kifayət qədər ixtisaslı hərbi kibermütəxəssisin saxlanılması ilə bağlı problemlərin mövcudluğundan xəbər verə bilər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları