“Peyklər və orbitlər” adlı vebinar təşkil olunacaq

14-04-2021 / 11:32

Aprelin 16-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən növbəti dəfə “Peyklər və orbitlər” adlı vebinar keçiriləcək.

Xeberler.az ASC-yə istinadla xəbər verir ki, vebinarın əsas auditoriyası 9-11-ci sinif şagirdləri və universitet tələbələridir.

Qeyd edək ki, vebinar saat 16:00-dan 17:30-a kimi “MS Teams” onlayn platforması üzərindən keçiriləcək. Vebinar “Azərkosmos”un Peyk əməliyyatları qrupunun rəhbəri Rüstəm Allahverdiyev tərəfindən təqdim olunacaq. Vebinarda iştirak ödənişsizdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə