Previous Next
Bağla

“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

18-12-2020 17:02
“Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil olunacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən “AZCLOUD”un “Rezervlənmə” xidməti haqqında “Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil ediləcək.

Xeberler.az bildirir ki, dekabrın 22-si saat 11:00-da rəqəmsal platforma vasitəsilə keçiriləcək vebinar məlumatların qorunmasının vacibliyi, “AZCLOUD”un “Rezervlənmə” xidməti vasitəsilə məlumatların qorunması, rezervlənmə panelinin nümayişi və planlaşdırılan yeniliklər haqqında geniş məlumatı özündə cəmləşdirir.

“AZCLOUD” bulud xidmətlərinin mövcud və potensial müştəriləri ilə yanaşı, informasiya texnologiyaları sahəsi, bilavasitə bulud xidmətləri və rezervlənmə həlləri ilə maraqlanan fiziki və hüquqi şəxslər tədbirdə iştirak edə bilər. Vebinarda iştirak ödənişsizdir.

Onlayn tədbirdə “AzInTelecom” MMC-nin bulud texnologiyaları üzrə eksperti, “Veeam Software” şirkətinin bulud həlləri üzrə spesifik tələblərini yerinə yetirərək rəsmi sertifikat alan Fərrux Fərəcullayev çıxış edəcək. Vebinarda iştirak etmək üçün dekabrın 20-nə qədər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/zN97sF9w9DswV2PV6

“AzInTelecom” MMC rezervlənmə həllərində lider olan “Veeam Software” şirkəti ilə uzunmüddətli və məhsuldar əməkdaşlıq fəaliyyətindən sonra “Veeam”in Gümüş Tərəfdaşı statusunu əldə edib. “AZCLOUD”un təqdim etdiyi “Rezervlənmə” xidmətindən istifadə zamanı müştəri məlumatlarının və bulud infrastrukturunun daimi rezervlənməsi həyata keçirilir. Məlumat itkisi baş verdikdə “Rezervlənmə” xidməti vasitəsilə onun tez bir zamanda bərpası təmin edilir və müştəri üçün mühüm olan məlumatların qorunub saxlanılması asanlaşdırılır.

Qeyd edək ki, “AzInTelecom” MMC “AZCLOUD” brendi altında IT, maliyyə, media, qida, turizm, təhsil, neft və qaz, nəqliyyat, kommunal və digər sahələrdəki qurumlara “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual IP Telefoniya” xidmətləri göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb

04-11-2020

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

AzInTelecom əlverişli şərtlərlə bulud xidmətini təqdim edir

12-04-2019

“AZCLOUD” “Əlavə dəyər xidmətləri”ni təqdim edir

21-12-2020

İpoteka və Kredit Zəmanət Fondu məlumatların qorunmasını Yevlax Əlçatanlıq Zonasına etibar edib

08-07-2022

“Bakı Fond Birjası”məlumatlarını hökumət buluduna etibar edib

29-09-2022

“AzInTelecom”un dəstəyi ilə yaradılan “Hydro Heroes” tətbiqi istifadəyə verilib

26-04-2021

“AzInTelecom” “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib

23-09-2020

“Azcloud”un yeni xidməti istifadəyə verilib

13-05-2020

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019

“AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir

10-08-2022

Azərbaycanın dövlət "bulud" provayderi tam kommersiya fəaliyyətinə keçəcək

22-12-2020

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” AZCLOUD Portalını təqdim edib

08-06-2021

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

“AzInTelecom” MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında memorandum imzalanıb

03-08-2022

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir

30-06-2021

Yevlax şəhərində “AzInTelecom” MMC-nin Əlçatanlıq Zonası istifadəyə verilib

03-06-2022

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

“Azcloud” bulud infrastrukturu əsasında videokonfrans xidmətinin tətbiqinə başlanılıb

06-05-2020

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022

AzInTelecom kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

07-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə