Previous Next
Bağla

AMADA süni intellekt vasitəsilə antidopinq təhsilinin gələcəyini araşdırır

30-09-2024 15:31
AMADA süni intellekt vasitəsilə antidopinq təhsilinin gələcəyini araşdırır

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Antidopinq Təşkilatları İnstitutunun (İNADO) üzvləri üçün “Antidopinq maarifləndirilməsində süni intellekt: Təhsilin transformasiyası” adlı vebinar keçirib.

Xeberler.az bildirir ki, AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, bir saatdan artıq davam edən vebinarın təlimçisi Agentliyin Elm, tibb və təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Qüdrət Səfərov olub.

Vebinar iştirakçılarına süni intellekt və onun potensial tətbiqləri, süni intellektə əsaslanan təhsildə mövcud tendensiyalar, gələcək imkanlar, bu sahədə istifadə olunan alətlər və onların səmərəliliyini maksimuma çatdırmaq üçün strategiyalar barədə məlumat verilib. Həmçinin süni intellekti təhsil proqramlarına inteqrasiya edərkən yarana biləcək problemlərin qarşısını almaq üçün üsullar və təhsil məzmunu yaradan vasitələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Vebinarın sonunda AMADA-nın nümayəndəsi iştirakçıların suallarını cavablandırıb, gələcəkdə birgə əməkdaşlığın antidopinq üzrə maarifləndirmə sahəsində yeni imkanlar açacağına əminliyini ifadə edib.

Sonda İNADO-nun Proqramlar üzrə meneceri Emi Dayer vebinarın əhəmiyyətini yüksək qiymətləndirərək, müasir dövrdə süni intellektin həyatımızda oynadığı mühüm rolu və antidopinq sistemində tətbiq olunmasının vacibliyini vurğulayıb.

Vebinara dünyanın müxtəlif ölkələrindən 60-dək iştirakçı qatılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu təyin edilib

29-01-2024

“Peyklər və orbitlər” adlı vebinar təşkil olunacaq

14-04-2021

“AzInTelecom”-un təşəbbüsü ilə ödənişsiz vebinar keçirilib

02-05-2020

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar vebinar keçiriləcək

09-04-2021

NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında memorandum imzalanıb

20-12-2025

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018

AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

04-07-2025

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

30-10-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

“Google” süni intellektin silah istehsalı ilə bağlı prinsiplərini yeniləyib

05-02-2025

TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

22-02-2026

Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

10-07-2025

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025

İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

30-04-2026

Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək

06-02-2025

İranda Süni İntellekt Mərkəzi yaradılır

29-10-2025

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” adlı tədbir keçirilib

01-11-2024

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə