Previous Next
Bağla

Prezident Huawei şirkətinin Sərgi Mərkəzində

10-12-2015 10:52
Prezident Huawei şirkətinin Sərgi Mərkəzində

Prezident İlham Əliyev dekabrın 10-da Huawei şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.

Xeberler.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada Huawei-in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.

Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, Huawei-in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.

Burada Huawei-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradılıb.

Prezident İlham Əliyev deyib:

- Mən sizi salamlayıram. Sizi görməyimə şadam. Bu gün sizinlə Pekindən, Huawei-in ofisindən danışıram. Çox şadam ki, Huawei Azərbaycanda uğurlu fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.

Bu yaxınlarda mən Bakutel sərgisində Huawei-in stendində də olmuşam. Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, Huawei Azərbaycanda gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcək. Sizə uğurlar arzulayıram.

Dövlət başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini deyib və yaxşı nəticələr əldə olunduğunu bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Huawei şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Həmin şirkətdə həm yerli, həm də Çin mütəxəssisləri çalışır və onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da mökəmləndirirlər.

Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlətimizin başısına ölkəmizdəki fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat veriblər.

Qeyd edək ki, Huawei Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan Huawei şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə öz uğurlarını artırır.

Dünyada telekommunikasiya sahəsindəki yenilikləri öz fəaliyyətində tətbiq edən və bu sahəyə xüsusi töhfələrini verən Huawei 2006-cı ildə 3G daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Elə buna görə də Huawei dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Huawei-in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq olunur. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.

Huawei dünyada sosial layihələri ilə də məşhurdur. Şirkət müxtəlif ölkələrdə bir çox qurumlarla bağlı sosial layihələrin icrasında yaxından iştirak edib. Huawei bir çox transmilli şirkətlərə təhlükəsizlik xidmətləri də göstərir. Bir sözlə, Huawei-in məhsulları böyük maraqla qarşılanır və bu məhsullara dünya bazarında güclü tələbat var.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

Xəzər İnnovasiya Konfransı Huawei ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir

05-12-2018
Huawei Bakıda yeni  məhsullar təqdim edib

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017
Huawei “Bakutel-2014” sərgisində iştirak edib

Huawei “Bakutel-2014” sərgisində iştirak edib

04-12-2014
Huawei smartfonları Google-dan imtina edib

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019
Huawei Azərbaycanda akademiya açır

Huawei Azərbaycanda akademiya açır

18-04-2016
Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

30-11-2020
Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019
Huawei Samsung  şirkəti ilə əməkdaşlığa başlayır

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015
«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009
Huawei Apple-ı geridə qoydu

Huawei Apple-ı geridə qoydu

07-09-2017
"Huawei" yeni mobil əməliyyat sistemini təqdim edib

"Huawei" yeni mobil əməliyyat sistemini təqdim edib

24-10-2024
5G rəqabəti kəskinləşir- Huawei-dən yeni çip

5G rəqabəti kəskinləşir- Huawei-dən yeni çip

26-02-2018
Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023
"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

"Huawei" şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

24-06-2019
Huawei Azərbaycanda texnologiyanın inkişafına dəstək verəcək

Huawei Azərbaycanda texnologiyanın inkişafına dəstək verəcək

14-10-2019
Huawei və Bakcell tələbələri həvəsləndirir

Huawei və Bakcell tələbələri həvəsləndirir

19-10-2015
AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022
Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

31-10-2019
ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026
Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020
Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019
Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

01-04-2024
Huawei il ərzində 100 milyon smartfon satıb

Huawei il ərzində 100 milyon smartfon satıb

24-12-2015
Telekommunikasiya avadanlıqları bazarı hansı şirkətlərin əlindədir?

Telekommunikasiya avadanlıqları bazarı hansı şirkətlərin əlindədir?

23-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə