Huawei il ərzində 100 milyon smartfon satıb

24-12-2015 / 20:52

Huawei kompaniyası bu il ərzində smartfon istehsalı üzrə üç dünya lideri arasındadır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Huawei 2010-cu ildən 2015-ci ilə qədər satış həcmini ildə 3 milyondan 100 milyon ədədə qədər artırmağa nail olub.

Onun rəqibləri Apple dünya bazarına ildə 200 milyon, dünya lideri Samsung isə 300 milyona qədər smartfon çıxarır.

Huawei Consumer Business Group”kompaniyasının smartfon istehsalı üzrə bölməsinin prezidenti Kevin Xonun sözlərinə görə, şirkət 2016-cı ildə də son illərin tendensiyasını davam etdirmək niyyətindədir.

2014-cü ildə Huawei tədqiqatlara 6,3 milyard dollar vəsait ayırıb və 76 mindən çox patenti qeydiyyatdan keçirib.

Kompaniya, həmçinin Çin, Almaniya, İsveç və Hindistan kimi ölkələrdə 16 elmi-tədqiqat laboratoriyası qurub və 10 mindən artıq mağaza açıb. 2016-cı ildə isə daha 1000 ticarət nöqtəsi açmağı planlaşdırır.

 Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə