Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015 / 14:58

Samsung şirkəti Huawei-in yeni telefonları üçün ekran istehsal edəcək.

Xeberler.az-ın məlumatına görə, Huawei şirkətindən bildirilib ki, əsas məqsəd mobil qurğularını dünyanın müxtəlif bölgələrində satışa çıxarmaqdır.

Bu məqsədlə Çin xaricindəki ölkələrə smartfon ixrac edən Huawei şirkəti Avropa və Şimali Amerika bölgələrində satılan telefonlarla rəqabət aparmaq üçün Samsung-la əməkdaşılğa başlayır.

Belə ki, yeni telefonlar Quad HD Super AMOLED ekrana sahib olacaq. 

Qeyd edək ki, ekranda Samsung şirkətinin imzası olacaq.

Huawei  ayda 3 milyon smartfon  istehsal ediləcək.

Mütəxəssislər düşünür ki, bu addım  Huawei-in 2016-ci ildə ağıllı telefon bazarında etdiyi ən böyük investisiya olacaq.

Qeyd edilir ki, Samsung-un Huawei ilə bu əməkdaşlığı şirkətin Galaxy S6 Edge-ə bənzər bir telefon istehsal edəcəyindən xəbər verir.

Yeni smartfonların 2016-ci ildə bazara çıxarılacağı gözlənilir.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.