Prezidentin “Facebook” səhifəsində “İKT ili” ilə bağlı suallar cavablandırılacaq

06-06-2013 / 14:12
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində  ( https://www.facebook.com/PresidentIlhamAliyev ) sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlanıb.
Müraciətdə ölkə başçısının "Facebook" səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı sualların cavablandırılacağı bildirilib.
"Bu gündən etibarən Prezident İlham Əliyevin "Facebook" səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.
2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edirik. Suallarınızı bu statusa şərhlər (comment) vasitəsilə bizə ünvanlaya bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaq.
Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməzdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin.
Bununla bərabər, şərhlər vasitəsilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq"- deyə müraciətdə bildirilib.(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə