Previous Next
Bağla

Qanunsuz SMS reklamlardan necə xilas olmalı?

11-10-2018 13:17
Qanunsuz SMS reklamlardan necə xilas olmalı?

"Son zamanlar müşahidələr göstərir ki mobil operatorlar qanunsuz SMS-lər məsələsini yenidən aktivləşdiriblər . Sosial mediadakı müzakirələrdən görsənir ki bu sahədə dövlət nəzarətinin yetərli olmamasından istifadə edən operatorlar aşıq-aşkar istifadəçilərinin hüquqlarını pozurlar."

Bu sözləri rəqəmsal sahədə istifadəçi hüquqlarının qorunması ilə bağlı Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib. Ekspert eyni zamanda bu sahədə ictimai nəzarət imkanlarını gücləndirmək üçün bəzi məqamları da vurğulayıb:

Qanunsuz SMS-reklamlardan necə xilas olmalı?

1.Telekommunikasiya haqqında və Reklam haqqında qanunvericilik qanunsuz SMS-lər göndərilməsini operatorlara və provayderlərə qadağan edib. Əgər Müqavilədə buna razılıq yoxdursa heç bir halda onlar bunu edə bilməzlər. Odur ki birinci növbədə mobil operatorlarla bağlanılan müqavilədə reklam SMS-lərinin qəbul etmək və ya etməmək bəndinin olmasına diqqət etmək lazımdır. Eyni zamanda qanunvericiliyə görə mobil operator və provayder müştərisini qanunsuz SMS reklamlardan qorumalıdır. Yəni mobil operator imkan verməməlidir ki onun hansısa bir kontent provayderi əgər sizinlə razılıq yoxdursa sizə SMS göndərsin. Qanunda birmənalı olaraq qeyd olunub ki əgər sizin razılığınız yoxdursa qanununsuz SMS –in məsuliyyəti mobil operator və provayderin üzərindədir.

2. Əgər razılıq olmadan sizə SMS-lər gəlməkdə davam edirsə onda sübutlar toplamaq üçün SMS-reklamları skrinşot etmək, sizi hansısa xidmətə qoşan kontent provayderlərin adlarını qeyd etmək lazımdır.

3. Birinci növbdə bununla bağlı Mobil operatora müraciət etmək lazımdır ki, SMS-lər və müvafiq xidmətlərə abunə dayandırılsın. Hətta siz təsadüfən hansısıa OK düyməsini də basıb xidmətə abunə olmusunuzsa yenə də bunların dərhal dayandırılmasını tələb edirsiniz. Sizin bu müraciətiniz əsasında qanuna görə operator dərhal sizin nömrəyə gələn SMS-ləri dayandırmalıdır. Əgər SMS-lər mobil operatorla müqavilə əsasında işləyən hansısa kontent provayderdən gəlirsə bu halda da sizin müraciətiniz əsasında mobil operator həmin kontent provayderə yönləndirmədən, öz mobil şəbəkəsi vasitəsilə sizə gələn SMS-lərin qarşısını almalıdır.

4. Əgər nəticəsi olmazsa siz istehlakçıların hüquqlarını qoruyan qurumlara, həmçinin də mobil operatora lisenziya verən quruma -Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edirsiniz. Topladığınız bütün materialları da onlara göndərə bilrəsiniz.

5. Əgər bundan bir nəticə hasil olmazsa siz bütün materialları toplayaraq mobil operatorlar tərəfindən sizin hüquqlarınızın və qanunvericiliyin tələblərinin pozulması, sizin fərdi məlumatlarınızın qanunsuz olaraq 3-cü tərəfə verilməsi iddiası ilə məhkəməyə müraciət edirsiniz. Müraciətinizidə sizə dəyən maddi və mənəvi ziyanın ödənilməsini də tələb edirisniz.

Osman Gündüz son olaraq  Facebook və digər sosial media resurslarında müşahidə olunan proseslərin artıq mobil opreatorlarda da həyata keçirildiyini qeyd edib:

"Sosial mediada gedən müzakirələr əsasında belə qənaətə gəlmək olar ki bizim mobil operatorlar öz müştərilərinin telefon nömrələrini 3-cü tərəfə verməkdə maraqlıdırlar . Ümumiyyətlə, qanunvericlikdə edilən dəyişikliklərdən sonra da mobil operatorlar bu cür qanunsuzluqları etməkdə davam edirlərsə bu onun göstəricisidir ki lisenziya verən qurum Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və istehlakçıalrın hüquqlarını qorumalı olan qurumların nəzarəti yetərli deyil."

Aida İSAQ

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pensiyaçılara “SMS İnfo” xidməti göstəriləcək

23-02-2011

077271111 nömrəsindən gələn SMS-lər

25-06-2011

SMS-reklamlar qanunla məhdudlaşdırılıb

21-07-2015

Gələn həftə “Reklam haqqında” qanun qəbul olunacaq

04-04-2015

Whatsapp və Facebook mobil operator bazarını sıxışdırır

20-10-2014

Nazirlik reklam SMS-nin qarşısını alacaq?

04-12-2014

Azercell bezdirici SMS-lərin qarşısını alacaq

09-04-2015

Azercell-dən bezdirici SMS-lərlə bağlı yenilik

23-12-2015

Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

07-01-2015

Artıq “SMS məlumat” xidmətinə qoşulan mobil nömrəni bankomat vasitəsilə dəyişdirmək mümkündür

12-11-2013

Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

09-12-2009

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009

Reklam SMS-ləri ilə bağlı qanuna dəyişiklik edilməsi təklifləri hazırlanıb

30-10-2014

SMS-dən ölüm

27-03-2009

İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

12-01-2026

Onlayn hesablarınızın təhlükəsizliyini ikimərhələli təsdiqləyin-Xəbərdarlıq

12-09-2023

ABŞ-ın 15 yaşlı SMS çempionu

23-06-2009

SMS-lərin gəlməməsinə dair - Palatadan açıqlama

28-03-2019

“Qara siyahılar” abunəçinin hesabından pul silinməsinin qarşısını alacaqmı ?

01-05-2015

"Asan İmza"nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

11-10-2021

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

19-06-2009

Azercell yeni “SMS Şans” kampaniyasına başlayıb

04-03-2009

«Azercell»-dən limitisz GPRS və «1000 SMS» xidməti

12-08-2009

«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlər təqdim edib

04-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə