Previous Next
Bağla

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018 15:12
Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

Mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib.

Xeberler.az məlumat verir ki, Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli Qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun yeni məbləğləri formalaşdırılıb.

Qeyd edək ki, yeni tariflər rəsmi qaydada ölkəyə idxal edilən topdansatışı reallaşdırılan cihazlara şamil olunmur. Bu qərarla mobil cihazların qeydiyyatı reqlamenti təkmilləşdirilib. Belə ki, daha əvvəl vətəndaş iki SİM-kartlı cihazlar üçün hər IMEI koda görə ödəniş edirdisə, bundan sonra iki IMEI kod qeydiyyata alınsa da, birinə görə ödəniş olunacaq.

Bundan başqa, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilməlidir. Mobil cihazların bazar qiymətlərinə uyğun qeydiyyat rüsumunu müəyyən etmək üçün nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən informasiya sistemi hazırlanaraq www.imei.az saytına inteqrasiya olunub. Eyni zamanda, Nazirlər Kabinetinin qərarının müvafiq bəndinə əsasən, zəruri məlumatlar NRYTN-in rəsmi internet saytında da yerləşdirilib. www.imei.az saytında bu keçiddən- http://www.imei.az/phones istifadə etməklə, mobil cihazların istehsalçı şirkətini seçərək, model üzrə axtarış etməklə cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini öyrənmək mümkündür. 2013-cü ildən ölkəmizdə mobil cihazların qeydiyyatı aparılır. Qeydiyyat zamanı mobil cihazın Beynəlxalq GSM Assosiasiyasının standartlarına uyğunluğu yoxlanılır. Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) Beynəlxalq GSM Assosiasiyası tərəfindən təsdiq olunmayan cihazların istehlakına icazə vermir.

Belə ki, bu standartlar texniki göstəricilərlə yanaşı, insan orqanizmi üçün zərərli şüa yayan, keyfiyyətsiz mobil cihazların satışının qarşısını alır. Ölkəmizdə hər bir mobil cihazın IMEI nömrəsi şəbəkədən xidmət almağa başladığı tarixdən ən gec 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM-kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilər. Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır.

Vətəndaş aldığı mobil cihazı www.imei.az və https://smartpay.az/ səhifələrinə daxil olaraq onlayn qeydiyyatdan keçirə bilər. Həmçinin qeydiyyat üçün Şəbəkə Xidmət Mərkəzlərinə və poçt filiallarına da müraciət etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyatı təcrübəsini öyrənir

Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyatı təcrübəsini öyrənir

22-12-2021
Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

01-05-2013
Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

03-01-2012
Mobil telefonların qeydiyyat qiyməti qalxdı

Mobil telefonların qeydiyyat qiyməti qalxdı

02-08-2018
Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

18-02-2013
157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016
Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014
Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

19-06-2013
Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb

AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb

16-06-2026
Mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

Mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

20-09-2018
Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013
Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

30-11-2022
Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

13-06-2023
Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026
Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015
Mobil telefonların qeydiyyat müddəti azaldıldı

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015
Azərbaycana gətirilən 1 ədəddən artıq cihazın qeydiyyatı üçün rüsum alınacaq

Azərbaycana gətirilən 1 ədəddən artıq cihazın qeydiyyatı üçün rüsum alınacaq

01-01-2026
Mobil cihazların qeydiyyatına görə rüsumun məbləğləri azaldılır - Yeni qiymətlər

Mobil cihazların qeydiyyatına görə rüsumun məbləğləri azaldılır - Yeni qiymətlər

15-09-2023
“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024
“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026
Mobil cihazların standartlara uyğunluğu yoxlanıb

Mobil cihazların standartlara uyğunluğu yoxlanıb

10-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə