AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 73 056 IMEI koda “klon” statusu verilərək blok edilib. Araşdırmalar nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla 1 574 050 dəfə Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub. Bütün cəhdlərin qarşısı “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata keçirmək mümkündür.
Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir. “AzInTelecom” MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində qeyd edilən İMEİ nömrəsini mygov portalında yoxlamağı və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları