Previous Next
Bağla

Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü

01-05-2013 11:17
Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə düşdü
Bu gün Azərbaycanda mobil cihazların qeydiyyat sistemi (MCQS) tam işə salınıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, sistem nazirliyin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb.
 
Xatırladaq ki, 2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq. Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.
 
Həmçinin istehlakçılar qurğuların İMEİ nömrələrini bu yaxınlarda istifadəyə verilən www.imei.az saytına daxil olmaqla da yoxlaya bilərlər. Burada onlar həmçinin mobil cihazların qeydiyyat sistemi barədə ətraflı məlumat əldə edə bilərlər. Sistemin yaradılması “İnformasiya-komminikasiya ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil cihazların qeydiyyat sistemində indiyə qədər 12 milyondan artıq mobil rabitə cihazı qeydə alınıb

19-06-2013

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyatı təcrübəsini öyrənir

22-12-2021

Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

18-02-2013

Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

03-01-2012

157 Zəng Mərkəzinin fəaliyyəti optimallaşdırılıb

20-08-2016

Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014

Mobil cihazların qeydiyyatı qaydası dəyişib - QƏRAR

13-06-2023

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013

Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

30-11-2022

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək?

06-02-2023

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

Məlumat Hesablama Mərkəzinin stendi maraqla qarşılanıb

17-08-2019

Mobil cihazların standartlara uyğunluğu yoxlanıb

10-12-2015

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

Mobil telefonların qeydiyyatı nə vəd edir?

06-01-2012

Bugündən mobil telefonların qeydiyyatı sərtləşdirildi-ŞƏRH

15-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə