Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 26 oktyabr 2018-ci il tarixinə Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü 23 oktyabr 2018-ci il tarixində saat 12:00-da keçiriləcək.
Xeberler.az bildirir ki, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Beyləqan rayonunda 02122 53000
İmişli rayonunda 02124 64366
Ağcabədi rayonunda 02127 53232
Füzuli rayonunda 02631 55160
Zərdab rayonunda 02029 64299
Xocavənd rayonu üzrə 02122 35448
Laçın rayonu üzrə 02127 78202
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri