Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Görünməz memarlıq: uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – beynəlxalq standartların və ortaq məsuliyyətin gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə iştirak edib.
Xeberler.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu və BMT Baş katibinin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi ilə birgə təşkil olunan tədbirdə bir sıra ölkələrin birinci xanımları, yüksəkvəzifəli dövlət rəsmiləri, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, onların onlayn təhlükəsizliyinin qorunması, yaşa uyğun rəqəmsal xidmətlərin təşviqi, texnologiya şirkətləri və rəqəmsal platformaların məsuliyyətinin gücləndirilməsi, eləcə də süni intellekt və digər yeni texnologiyaların uşaqların təhlükəsizliyinə təsiri məsələləri müzakirə olunub. Eyni zamanda, görüş çərçivəsində uşaqların rəqəmsal mühitdə qorunması üzrə BMT çərçivəsində ümumi beynəlxalq minimum standartların formalaşdırılması, habelə dövlətlər, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları