Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi çərçivəsində layihə təkliflərinin qəbulu davam edir. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları qadınların rəqəmsal həllər vasitəsilə iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, eləcə də onların ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakına töhfə verəcək layihələri ilə müsabiqəyə qoşula bilər.
Müsabiqədə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən, inklüziv imkanlar yaradan və rəqəmsal həllərin tətbiqini nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə layihələrin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.
Təşkilatlar layihə təkliflərini 30 sentyabr 2026-cı il tarixinədək Azərbaycan dilində təqdim edə bilərlər. Müraciət zamanı layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsünün də əlavə edilməsi tələb olunur.
Layihə təkliflərini təqdim etmək üçün müraciət formasından istifadə etmək mümkündür.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən və müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək göstərib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları