III rüb üzrə hesabatlılıq dövrü ərəfəsində “SİMA İmza” vergi ödəyicilərinə bəyannamə prosesini məkan və vaxt məhdudiyyəti olmadan həyata keçirmək imkanı təqdim edir.
Fərdi sahibkar və hüquqi şəxslər tərəfindən milyonlarla rəqəmsal əməliyyatın icra olunduğu “SİMA İmza” vergi portalındakı bütün xidmətlərə və ölkənin nüfuzlu bank
sistemlərinə rahat çıxış təmin edir. Eyni zamanda, əhatə dairəsini böyütmək üçün “SİMA İmza” yeni qurumlarla inteqrasiya işlərini sürətlə aparır və yaxın zamanda istifadəçilərə yeni rəqəmsal imkanlar təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, oktyabr ayı ərzində SİMA rəqəmsal imza istifadəçiləri ƏDV, gəlir, mənfəət, sadələşdirilmiş və vahid bəyannamə kimi bütün vergi hesabatlarını tam rəqəmsal mühitdə və təhlükəsiz təqdim edə bilərlər. Bundan əlavə, 6AYPULSUZ promokodu ilə tətbiq üzərindən biznes imzasına ilk 6 ay ərzində ödənişsiz sahib olmaq mümkündür. Növbəti mərhələdə abunəlik haqqı heç bir əlavə xərc olmadan aylıq 2.40 AZN, illik 25 AZN və ya 3 illik 55 AZN kimi əlverişli tariflərlə təklif olunur.
Siz də hesabatlarınızı son günə saxlamadan, “SİMA İmza” mobil tətbiqini yükləyə, biznes imzanızı dərhal əldə edərək hesabatlılıq dövrünü rahat və uğurla tamamlaya bilərsiniz.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.
“SİMA İmza” fərdi sahibkar həlli: https://www.youtube.com/watch?v=oQRBHfFqI04
“SİMA İmza” hüquqi şəxs həlli: həlli: https://www.youtube.com/watch?v=P_18Rmp-uQo&t=104s
“SİMA İmza” səlahiyyət ötürülməsi: https://www.youtube.com/shorts/9K5FZ90sBpw
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları