Rusiya “WhatsApp”ı “Max” ilə əvəz etməyi planlaşdırır

22-07-2025 / 12:08

Rusiya “WhatsApp”ı qadağan etməyi və onu “Max” ilə əvəz etməyi planlaşdırır.

Xeberler.az bildirir ki, bu barədə “The Times”də məlumat yayıb.

Qeyd olunub ki, “Max” sosial şəbəkə platforması Rusiya dövləti tərəfindən yaradılıb və vətəndaşların daha geniş şəkildə izlənilməsi bu vasitə ilə mümkün olacaq. Sözügedən proqram hökumət orqanlarına rusiyalıların maliyyə fəaliyyətlərini, məkanlarını və internet brauzerlərini nəzarət altında saxlamaq üçün imkan verəcək.

Bildirilir ki, bu applikasiyanın smartfonlara yüklənməsinə sentyabrın 1-dən başlanılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya parlamentinin informasiya texnologiyaları komitəsini sədrinin müavini Anton Qorelkin “WhatsApp”ın Rusiya bazarını tərk etməyə hazırlaşmalı olduğunu deyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə