Previous Next
Bağla

SABAH.city “Venture Scientist” proqramına start verib

18-11-2026 13:06
SABAH.city “Venture Scientist” proqramına start verib

SABAH.city tədqiqatçılara, alimlərə, mühəndislərə və innovatorlara elmi araşdırmalarının sahibkarlıq potensialını kəşf etmək və elmi nailiyyətləri real biznes imkanlarına çevirməkdə dəstək göstərmək məqsədi daşıyan “Venture Scientist” proqramına start verib.

Xeberler.az məlumat verir ki, proqram “Global Innovation Dojo”nun nümayəndələri Kris Börri və Kolin Donohyu tərəfindən həyata keçiriləcək. Proqram iştirakçılara elmi innovasiyaları bazar tələbləri ilə əlaqələndirmək üçün praktiki yanaşmalar təqdim edəcək. Tədris prosesi “Global Innovation Dojo”nun dünya üzrə 5 mindən çox sahibkarla iş təcrübəsinə, Kaliforniya Universitetinin Berkli kampusundakı Sutardja Sahibkarlıq və Texnologiya Mərkəzinin (Sutardja Center for Entrepreneurship & Technology – SCET) sahibkarlıq sahəsində apardığı tədqiqatlara və beynəlxalq mentorların təcrübəsinə əsaslanacaq.

Proqram çərçivəsində iştirakçılar tədqiqatlarına sahibkarlıq düşüncə tərzini tətbiq etməyi, potensial müştəriləri müəyyənləşdirməyi, bazar ehtiyaclarını anlamağı və elmi kəşfləri real həllərə çevirmək imkanlarını qiymətləndirməyi öyrənəcəklər. Tədqiqatçıları akademik mühitdən kənara çıxmağa və elmi fəaliyyətlərinin kommersiya potensialını nəzərdən keçirməyə təşviq edən təşəbbüsün əsas məqsədi elmi tədqiqatlara əsaslanan yeni biznes layihələrinin inkişafına dəstək olmaqdır.

Beş ay davam edəcək proqram hibrid təlim formatında təşkil olunacaq. Proqrama üç əyani həftəsonu təlimi, iştirakçıların öz tempində keçə biləcəyi onlayn modullar və beynəlxalq ekspertlərlə qrup mentorluq sessiyaları daxildir. Bu format iştirakçılara tədqiqat fəaliyyətlərini davam etdirməklə yanaşı, sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, müvafiq istiqamətləndirmə və praktiki alətlər əldə etmək imkanı yaradacaq.

“Venture Scientist” proqramının həyata keçirilməsi SABAH.city-nin insan kapitalının inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması və yeni innovativ bizneslərin formalaşdırılması istiqamətində fəaliyyətinin davamıdır.

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı tərəfindən yaradılan SABAH.city startapları, tədqiqat mərkəzlərini, texnologiya şirkətlərini, universitetləri və digər innovasiya iştirakçılarını vahid ekosistemdə birləşdirir. Bu kimi təşəbbüslər vasitəsilə SABAH.city akademiya, sənaye və dövlət arasında əlaqələri gücləndirərək Azərbaycanın innovasiya potensialının artırılması missiyasını həyata keçirir.

Proqramda iştirak şərtləri, təlim formatı və qeydiyyat proseduru haqqında ətraflı məlumatı SABAH.city-nin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Sabah city" texnoparkı yaradılacaq

"Sabah city" texnoparkı yaradılacaq

27-06-2024
“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025
“SABAH.city” – Azərbaycanın bilik iqtisadiyyatına doğru strateji addım

“SABAH.city” – Azərbaycanın bilik iqtisadiyyatına doğru strateji addım

26-11-2025
İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır

30-04-2026
“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

07-10-2026
YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

19-11-2025
BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

08-04-2025
Nazir: “SABAH City” tələbələri innovasiya mühitinə daha yaxından cəlb edəcək

Nazir: “SABAH City” tələbələri innovasiya mühitinə daha yaxından cəlb edəcək

14-09-2026
“SABAH.City”də tədqiqatların kommersiyalaşdırılması planlaşdırılır

“SABAH.City”də tədqiqatların kommersiyalaşdırılması planlaşdırılır

17-09-2026
Osman Gündüz: SABAH.city innovasiya şəhərciyi layihəsi nə zaman reallaşacaq?

Osman Gündüz: SABAH.city innovasiya şəhərciyi layihəsi nə zaman reallaşacaq?

10-10-2024
YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025
BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024
Prezident “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib

Prezident “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib

14-09-2026
BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025
“SABAH.city”də yaradılan Süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinə rəhbər təyin olunub

“SABAH.city”də yaradılan Süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzinə rəhbər təyin olunub

15-10-2026
SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

29-10-2026
Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024
Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

06-06-2017
Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025
BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025
YTP ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb

YTP ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb

06-02-2025
“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026
BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

28-11-2024
BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə